Təqaüd alan şəxslərin əhatə dairəsi artıb | Banco.az

Təqaüd alan şəxslərin əhatə dairəsi artıb

Təqaüd alan şəxslərin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin sonunda 30% artıb.

Bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda bildirilib.

Qeyd edək ki, təqaüd alan şəxslərin say göstəricilərinin artmasına bir sıra amillər təsir göstərib. Belə ki, 2020-ci ildə Vətən Müharibəsi ilə əlaqədar olaraq təqaüdlə təmin olunmuş müharibə veteranlarının say göstəricisi 91,5 min nəfərdən 178,4 min nəfərə, şəhid ailələrinin say göstəricisi 13,5 min nəfərdən 18,2 min nəfərədək artmış, 181 şəxsə isə Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təyin edilib. Həmçinin əmək pensiyaları sahəsi üzrə qanunvericilikdə aparılmış müvafiq dəyişikliklərə görə bəzi kateqoriya imtiyazlı şəxslərə hesablanan əmək pensiyalarının sığorta hissəsinə əlavələrin ləğv edilməsi ilə əlaqədar olaraq yeni təqaüd növləri təsis edilib.

Ən sərfəli kredit üçün müraciət et

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et