Telegram son günlərin ən populyar şəbəkəsinə necə çevrilə bilib? | Banco.az

Telegram son günlərin ən populyar şəbəkəsinə necə çevrilə bilib?

Telegram messencerinin təsisçisi Pavel Durov, ötən sutkalar ərzində 3 milyon yeni istifadəçinin qeydiyyatdan keçdiyini bildirib. Qeyd edək ki, məhz o müddət ərzində Facebook və İnstagramın fəaliyyətində problemlər üzə çıxmışdır.

Banco.az xəbər verir ki, Combot messencerinin təsisçisi, telegramda hər ay 9 milyon, hər sutka isə cəmi 300 min istifadəçinin qeydiyyatdan keçdiyini bildirib. Deməli son günlər ərzində şəbəkədə 10 dəfə daha artıq qeydiyyatdan keçmə halı müşahidə edilib.

Facebook və İnstagram şəbəkələrində baş verən nasazlıqlar 13 mart tarixindən başlayıb. İstifadəçilər ən çox ismarıcların ötürülməsi zamanı çətinliklə qarşılaşıblar.

Ən sərfəli kredit üçün müraciət et

Facebook, 14 mart tarixində problemin tam olaraq hələ də həllini tapmadığını bildirmişdi.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Как за последние сутки Telegram cмог стать самым востребованным приложением?

Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et