Brend yaratmağın ən önəmli yollarından biri düzgün şüar seçməkdir. Düzgün şüar dedikdə, ağılda qalan, heç vaxt unudulmayan bir şey nəzərdə tutulur. Bəs indiyə qədər tarixin ən yaxşı şüarları hansı olmuşdur?
1) JUST DO İT (1988)
Nike-ın reklam agentliklərindən olan Wieden and Kennedy komandasının və bir qrup Nike əməkdaşının hazırladığı bu şüar Nike Reebok rəqabətində Nike 18% olan bazar payının 43%-ə yüksəltmişdi
2) Because I’m worth it – L’oreal – 1973
Mənası çünki mən buna layiqəm demək olan bu şüar 70-ci illərə səs gətirmiş şüarlardan idi. Bir şeyi qeyd etmək lazımdır ki, o dövrdə elə bir hal mövcud idi ki, L’oreal’ın rəqabət etdiyi brendlər reklamlarında kişi səsi istifadə etməyə məcbur olmuşdular. Yəni təsəvvür edin kişi səsi ilə qadınlara məhsul satırsınız. L’oreal isə reklamlarında qadın səsindən istifadə edən ilk brenddir.
3) Connecting People – Nokia- 1992
4) Refreshes the parts other beers cannot reach – Heineken – 1973
Carlsbergin 1973-cü ildə yaratdığı ‘Probably the best beer in the world‘ şüarla eyni dövrdə yaradılan bu şüar indiki dövrə qədər öz uğurunu saxlayır.
5) Open happiness – Coca Cola – 2009
McCann Erickson tərəfindən hazırlanan bu şüar hazırda da gündəmdədir. Coca-cola deyəndə ağıla xoşbəxtlik gəlməsinin səbəbi elə bu şüardır.
6) Think Different! – Apple – 1997
7) Think Small – Volkswagen – 1959
Volkswagen’ın Beetle (Vosvos) modelini tanıdacaq ən yaxşı şüar elə bu ola bilərdi. Bu şüarın sayəsində milyonlarla şəxs Volvos həvəskarına çevrilmişdi.
8) Beanz Meanz Heinz – Heinz- 1967
Xəzər Aslanov. Banco.az