TANAP Layihəsi ilə əlaqədar məlumatlı olmağımız üçün 9 ƏSAS nüans | Banco.az

TANAP Layihəsi ilə əlaqədar məlumatlı olmağımız üçün 9 ƏSAS nüans

Ümumiyyətlə “TANAP” layihəsi nədir, hansı mərhələdir - “Cənub Qaz Dəhlizi”-nin vacib hissəsi olan “Şahdəniz” yatağının işlənilməsinin 2. mərhəlisinin əsas elementi olan “TANAP” (Trans Anadolu Boru Qaz Kəməri).

Gəlirləri, program, müttəfiqlər, razılaşmalar, xəritə və s.

1. Ölkəmizdə hasil olunan qaz, Gürcüstandan keçərək, Türkiyə vasitəsi ilə Avropaya nəql olunacaq.

 

2. Layihə ilə bağlı Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş” 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib.

 

3. İlkin mərhələdə təbii qazın 16 milyard olacağı, bunun da 6 milyardının Türkiyə üçün, qalan 10 milyardının Türkiyə-Bolqarıstan, Türkiyə-Yunanıstan sərhəddindən keçərək Avropaya nəqli nəzərdə tutulub.

 

4. 19 km-i Mərmərə Dəniz keçidi olmaqla, 1850 km ana xətt ilə Türkiyədən çıxış nöqtələrinə olan bağlantı xəttlərinin əməliyyatlarda istifadə edilməsi üçün aşağıdakı təsisatlar mövcuddur:

  • 7 ədəd kompressor stansiyası
  • 4 ədəd ölçü stansiyası
  • 11 ədəd pig(inşaat) stansiyası
  • 49 ədəd blok vana stansiyası və Türkiyədəki milli təbii qaz şəbəkəsinin təminatı üçün 2 ədəd qaz çıxış stansiyası.

5. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP - Transanadolu qaz kəməri ilə bağlı imzalanan müqavilə ilə “Cənub Qaz Dəhlizi”-nin reallaşmasına güclü təkan verildi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin qətiyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə olundu. TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub Qaz Dəhlizi”-nin konturları görünməklə Trans-Adriatik kəməri - TAP əsas ixrac marşrutu kimi seçildi

Ən sərfəli kredit üçün müraciət et

 

6. “Cənub Qaz Dəhlizi”-nin icrasında iştirak edən ölkələr:

  • Azərbaycan,
  • Gürcüstan,
  • Türkiyə,
  • Bolqarıstan,
  • Yunanıstan,
  • Albaniya,
  • İtaliya

 

7. TANAP, Azərbaycan, sonra Gürcüstan, daha sonra Türkiyənin Gürcüstanın sərhəddində yerləşən Ardahanın Pasof rayonu Türkgözü kəndindən başlayan boru xətti Yunanıstan sərhəddində Ədirnənin İpsalada, Avropa ölkələrinə təbii qaz transferi həyata keçirəcək olan TAP-a bağlanır.

8. Azərbaycanın təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə “Abşeron” yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr olaraq qiymətləndirilir. Azərbaycanın qaz ehtiyatlarına görə dünyada 21-ci, neft ehtiyatlarına görə isə 37-ci yerdə dayanmasına baxmayaraq, etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır.

 

9. “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı Azərbaycandır və “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək. 

 

Fuad VAHABZADƏ, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et