Taksit kartlar təklif edən banklar və şərtlər - ARAŞDIRMA | Banco.az

Taksit kartlar təklif edən banklar və şərtlər - ARAŞDIRMA

Rəqabət şəraitində bir-birini üstələməyə çalışan banklar yeni bank məhsulları yaratmağa və bu yeni məhsul ilə digərlərindən seçilməyə çalışırlar. Belə məhsullardan biri də tasksit kartlarıdır. Taksit kart elə bir kredit kartıdır ki, bu kartlarda müştərilərə müəyyən kredit limiti verilir və bu limitlə partnyor mağazalarda faizsiz alış-veriş edərək hissə-hissə ödəniş edə, həm də kartın verdiyi limitdən asılı olaraq nağlaşdırma edə bilərsiniz. Bugün bank bazarında taksit kartları təklif edən banklar hansılardır və vu kartlar kimlərə, hansı şərtlərlə və hansı məbləğdə verilir?! Bu araşdırmamızda taksit kartlarını araşdırmışıq.

Bugün taksit kartları təklif edən banklar aşağıdakılardır:

  • Bank of Baku (Bolkart)
  • Unibank (Albalı Plus)
  • Kapital Bank (Birkart)
  • Yapı Kredi Bank Azərbaycan (World Kart)
  • Azərbaycan Sənaye Bankı (Extra Kart)
  • AG Bank (Həzz Kart)
  • Express Bank ( Smile Kart)
  • Bank Respublika (Paykart)

Gəlin bu taksit kartların kimlərə və hansı şərtlərlə verildiyinə nəzər salaq:

Bolkart Bank of Bakunun təqdim etdiyi taksit kartıdır. 5 növü vardır.

Kartın Adı

Yaş həddi

Tələb olunan sənədlər

Əmək haqqına tələb

Qiymət

Müddət

Limit

Bolkart Gənc

18-27

Şəxsiyyət vəsiqəsi
İş yeri/təqaüd arayış

çalışanlar => 210 təqaüdçü => 200

10

60 ay

200-5000

Bolkart Ailə

18-70

Şəxsiyyət vəsiqəsi
İş yeri/təqaüd arayış

çalışanlar => 210 təqaüdçü => 200

20

60 ay

200-5000

Bolkart Gold

18-70

Şəxsiyyət vəsiqəsi
İş yeri/təqaüd arayış

çalışanlar => 819 təqaüdçü => 700

40

60 ay

3000-7000

Bolkart Businness

18-65

Şəxsiyyət vəsiqəsi
Sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri təsdiq edən sənəd

Sahibkarlıq fəaliyyəti

20

60 ay

300-3000

Bolkart Diamond

18-70

Şəxsiyyət vəsiqəsi
İş yeri/təqaüd arayış

çalışanlar => 2400 təqaüdçü => 2000

150

60 ay

3000-10000

 

Albalı Plus Unibankın təklif etdiyi taksit kartıdır. Həm Visa, həm MasterCard növündə əldə etmək olar. Albalı Plusun kredit xətti imkan verir ki, müştəri 5.000 AZN-dək güzəşt müddətli kredit əldə etsin. Kartın və kredit xəttinin müddəti 60 ay, kreditin müddəti isə 84 ay təşkil edir. İllki faiz dərəcəsi 29 % dən başlayır. Kredit xəttindən istifadəyə görə komissiya hər iki kart növündə 2% təşkil edir. Nağlaşdırma komissiyası yoxdur. Kartda olan qalıq pula reytinqdən asılı olaraq,  illik 3%-dək gəlir hesablanır

Kartın Adı

Yaş həddi

Cashback

Əmək haqqına tələb

Müddət

Limit

Albalı Plus Standart

Komissiya: 0%

30 % dək

min 100 AZN

60 ay

5000

Albalı Plus Gold

Komissiya: 1% (min 20 AZN)

30 % dək

min 500 AZN

60 ay

5000

 

Birkart Kapital Bankın təklif etdiyi taksit kartıdır. Bu kart vasitəsilə siz BirKart partnyoru olan partnyor mağazalarında istədiyiniz məhsul və xidməti öz qiymətinə aylara bölüb, əlavə faiz ödəmədən əldə edə bilərsiniz.

3 növdə təkil edilir. Birkart Classic-də cashback əməliyyat yoxdur. Birkart Cashback də  Birdəfəlik ödənişlərinizi kartla etdikdə xərclədiyiniz məbləğin minimum 1.5% olmaqla 30%-dək hissəsini kartınıza geri qazana bilərsiniz. Birkart Miles da isə millər toplayıb aviabiletə dəyişə bilərsiniz.

Kartın Adı

Yaş həddi

Sənədlər

Qiymət

Müddət

Limit

Birkart Classic

18-67

Şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsi

15 (illik)

36 ay

100-10000

Birkart Cashback

18-67

Şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsi

35 (illik)

36 ay

100-10000

Birkart Miles

18-67

Şəxsiyyət vəsiqəsi və ya hərbçinin şəxsi vəsiqəsi

35 (illik)

36 ay

100-10000

Ən sərfəli kredit üçün müraciət et

 

Xidmətlər

 Birkart

Birkart Cashback

Birkart Miles

 Kartın qiyməti 

1 illik 15 AZN

1 illik 35 AZN

1 illik 35 AZN

İllik faiz dərəcəsi

Taksit əməliyyatları üzrə - 0%

Taksit əməliyyatları üzrə - 0%

Taksit əməliyyatları üzrə - 0%

Nağdlaşdırma üzrə - 25%

Nağdlaşdırma üzrə - 25%

Nağdlaşdırma üzrə - 25%

Nağdlaşdırma komissiyası

Şəxsi vəsaitdən - 1%

Şəxsi vəsaitdən - 1%

Şəxsi vəsaitdən - 1%

Kredit limitindən - 1.5 %, minimum 2AZN

Kredit limitindən - 1.5 %, minimum 2AZN

Kredit limitindən - 1.5 %, minimum 2AZN

Cashback

Nəzərdə tutulmayıb

1.5%-dən 30%-dək

Nəzərdə tutulmayıb

Millərin hesablanması

Nəzərdə tutulmayıb

Nəzərdə tutulmayıb

Ölkədaxili hər 1 AZN-lik ödənişə 1 Mil, ölkəxarici 1.5 Mil

 

Worldcard Yapı Kredi Bankın məhsuludur. Bu kartın Classic, Gold, Platinum və Business növləri fərqləndirilir. Worldcard Classic pulsuz olsa da, digər növlər üçün xidmət haqqı müvafiq olaraq 25, 150 və 15 manat təşkil edir. Kart Bal toplama və hissə-hissə ödəmə imkanı yaradır. Onunla edilən bütün alış-verişlər bal qazandırır ki, onlarla da sonaradan World üzv ticarət obyektlərində alış-veriş etmək olur. Taksit müddəti 3-12 ay təşkil edir. Worldcard Classic-lə istənilən zaman limitin 50%-ni nağdlaşdıra bilərsiniz.

Super Extra kartı əldə etməklə siz həm taksit, həm bonus, həm endirim, həm də kredit kartına sahib olacaqsınız. Bu kart sayəsində kredit limitinizdən yararlana, alış-veriş məbləğini hissə-hissə ödəyə, etdiyiniz hər alış- verişdən bonuslar qazana, endirim kampaniyalarından faydalana biləcəksiniz.

 

Kartın Adı

Yaş həddi

Sənədlər

Qiymət

Müddət

Limit

Extra Standart

18-65

Şəxsiyyət vəsiqəsi                   iş yerindən arayış

15

36

1-1499

Extra Gold

18-65

Şəxsiyyət vəsiqəsi                   iş yerindən arayış

20

36

1-2999

Extra Platinum

18-65

Şəxsiyyət vəsiqəsi                   iş yerindən arayış

25

36

1-5000

Super Extra

-

-

-

-

-

 

Həzz kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylar ərzində (3,6,12,18 və 24 ay) bölünür və əlavə faiz hesablanmadan bərabər hissələrlə ödənilir. Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın istifadə müddəti ərzində müştəri tərəfindən dəfələrlə istifadə oluna bilər

Kartın Adı

Yaş həddi

Sənədlər

Qiymət

Müddət

Həzz Kart

18-65

Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış

pulsuz

36

 

Smilecard – hər yerdə istifadə oluna bilən, taksit kartdır. Müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. 

Kartın Adı

Yaş həddi

Sənədlər

Qiymət

Müddət

Limit

Smile Kart

20-70

 Şəxsiyyət vəsiqəsi
Gəlirləri təsdiq edən sənəd

pulsuz

48 ay

100-4000

 

İllik faiz dərəcəsi – 0%, komissiyalar – 6 aylıq ödəniş üzrə 6%, 12 aylıq ödəniş üzrə 12%, aylıq nağdlaşdırma üzrə limit – kredit limitinin məbləği 500 AZN və ona qədər olduqda 300 AZN, 501 AZN və yuxarı olduqda 500 AZN

PayKart Kredit kartında bərpa olunan kredit xətti mövcuddur ki, bu da öz növbəsində istər, Azərbaycan istərsə xarici ölkələrdə alış-verişin aparılması və vəsaitin nağdlaşdırılması zamanı bir çox imkanlar yaradır.  500-3000 manat kredit limiti verilir. Kart 5 il müddətinə, pulsuz verilir.

Qeyd. Araşdırma bankların saytlarındakı məlumatlara əsasən hazırlanmışdır.

Nüsrət XƏLİLOV, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç