Suya düşən smartfonu necə xilas etməli? - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ | Banco.az

Suya düşən smartfonu necə xilas etməli? - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Əgər smartfonunuz suya düşübsə, vaxt itirməyə dəyməz.

Vistanews.ru-nun xəbərinə görə, ekspertlər hesab edir ki, sadə qaydalara riayət etməklə suya düşmüş smartfonu xilas etmək mümkündür.

İlk növbədə suya düşmüş smartfonu dərhal sudan çıxarmaq lazımdır. Çünki suda çox qalan telefonu xilas etmək şansları azalır.

Sudan çıxardıqdan sonra telefonu dərhal söndürmək və batareyasını ayırmaq tələb olunur. Onu hissələrə ayırmaq və bir müddət belə saxlamaq lazımdır. Hissələrə ayrılmayan telefonu, sadəcə, söndürmək kifayət edir. Bu, qısaqapanmanın qarşısını almaq üçün gərəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, əgər sim-kart və yaddaş kartı telefonun içindədirsə, onları da çıxarın! Bu, onları qurutmaq və telefonun içindəki su ilə təmasdan qorumaq üçün lazımdır.

Daha sonra qadceti quru horizontal səthin üzərinə qoyun, salfetlə içini və çölünü qurudun. Telefonu salfetə büküb iki gün düyü ilə dolu plastik paketdə də saxlamaq olar. Bu, çox gözəl qurutma üsulu sayılır. 

Mənbə: İKT.lent.az

Ən sərfəli krediti almaq üçün müraciət et