Süveş kanalındakı vəziyyət qlobal böhrana səbəb ola bilərmi? | Banco.az

Süveş kanalındakı vəziyyət qlobal böhrana səbəb ola bilərmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Husi üsyançılarının Yəmənin qərb sahillərində gəmilərə hücumları nəticəsində qlobal ticarət əlaqələri pozulub.

Banco.az-ın məlumatına görə, bu barədə “The Guardian” xəbər verir ki 100-dən çox konteyner gəmisi Süveyş kanalından qaçmaq üçün Cənubi Afrikanın ətrafına yönləndirilib.

Bu təxribat Asiyadan Avropaya daşımaların müddətinə üç-dörd həftə əlavə edib.

Vəziyyətdən çıxış yolu kimi Birləşmiş Ştatlar Süveyş kanalında gəmiçiliyi qorumaq üçün dəniz koalisiyasına rəhbərlik etməyə çalışacağını bildirib.

Süveyş kanalından hər il təxminən 19 000 gəmi keçir.

Bu kanal Asiya və Avropa arasında yanacaq və malların daşınması üçün dünyanın əsas marşrutlarından biridir.

Problem neft qiymətlərinə təsir edir...

“Guardian” qeyd edir ki, daşımada yaranan problemlər neft qiymətlərinin artmasına səbəb olub. Qlobal etalon olan Brent markalı neftin fyuçerslərinin qiyməti bir həftə əvvəl 74 dollardan aşağı düşərək çərşənbə günü 1,2% artaraq 80 dolları keçib.

Ekspertlər hesab edir ki, qiymət artımları istehlakçılar üçün enerji qiymətlərinə təsir edərək inflyasiyanı artıra bilər.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda bir  neçə böyük avtomobil istehsalçısı olan şirkətlər də narahatdırlar. Onlar vəziyyətin tədarük zəncirlərinə təsir göstərə biləcəyini düşünürlər. Qeyd edək ki, Süveyş kanalı sonuncu dəfə 2021-ci ilin martında 6 gün müddətinə bağlanmışdı.

Məhsul qıtlığı yarana bilərmi?

Məlumata görə,  şirkətlər həftələr öncə mal “stokladıq”larından hazırkı gecikmələr pərakəndə satışa təsir etməyəcək. Bu o deməkdir ki, mallar artıq İngiltərə mağazalarında və ya anbarlarındadır.

Lakin  tədarük zəncirinin uzun müddət pozulması, nəticədə istehlakçılar üçün məhsul və ya hissələrin çatışmazlığına səbəb ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et