"Sürət tuneli" tıxac problemini həll edə bilər - İlon Mask | Banco.az

"Sürət tuneli" tıxac problemini həll edə bilər - İlon Mask

Space X və Boring Co şirkətlərinin rəhbəri, dünyaca məşhur biznesmen İlon Mask, 19 dekabr tarixində, ilk “sürət tuneli” nin demo versiyasını təqdim edib. Layihə 10 milyon dollara başa gəlib. Tunelin özəllikləri isə surətli olması ilə yanaşı eyni zamanda, havanın çirklənməsinin qarşısını almaq və yaranan tıxac problemlərinin aradan qaldırılmasıdır.

İlk işə yaraya biləcək nümunənin (tunelin) uzunluğu 2 km olmaqla, Space X-in qərargahının qarşısında yerləşən avtomobil dayanacağı ilə  Los-Anceles yaxınlığında yerləşən  əyalət Xotorn-a qədər uzanaraq, əsas küçələrdən birinin altından keçir. Tunelə daxil olmaq üçün, xüsusi quraşdırılmış liftlərdən istifadə olunur.

İlon Mask, Los Anceles tıxaclarından bezərək sürətli tunel layihəsini hazırlamaq qərarını alır, 2 il əvvəl Boring Co şirkətini təsis edir. Tuneldə hərəkət edəcək avtomobilləri ilk öncə xüsusi sürətli arabalar vasitəsi ilə daşınması nəzərdə tutulsa da Boring Co şirkəti baha başa gələcək bu addımdan imtina edib. Şirkət avtomobilləri xüsusi çarxlar ilə təmin etməsini planlaşdırır, belə ki, bu çarxlar, avtomobil sürətlə hərəkət edən zaman, tunelin divarlarına dayanaraq hərəkətini asanlaşdıracaq.

Tunelin təqdimatı zamanı, hərəkət edən Model X-də bu növ çarxlar ilə təchiz olunmuşdur.

CNBC kanalı təqdim edilən sınaq-nümunənin idealdan uzaq olmasını qeyd edib. Elektromobilin 70 km/saat sürəti ilə hərəkət etməsinə baxmayaraq, tunelin divarlarının titrəməsi aydın şəkildə hiss olunub. Belə ki, sınaq məqsədi ilə təqdim edilən tunelin divarlarının 240-250 km/saat sürətli hərəkət üçün hamar olması mütləq şərtdir. Boring Co, tunel divarlarının “şüşə” səviyyəsinə qədər hamarlanmasını belə vəd edib. Eyni zamanda, təqdimat zamanı elektromobili sürücü idarə edib, amma konsepsiyaya əsasən idarəetmə avtomatik olmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Boring Co şirkəti, daha sonra bütün nüansları nəzərə alaraq, bu növ tunelləri kütlənin istifadəsi üçün hazırlayacağını da qeyd edib.

İstisna hal deyil ki, gələcəkdə İlon Mask tunel ilə yalnız elektomobillərin hərəkətinə icazə verəcək. Piyada və velosipedçilərində tunel vasitəsi ilə hərəkətini təmin etmək üçün də, işlər aparılır.

Həmçinin oxu: İlon Mask kimdir?

Boring Co şirkətinin məlumatına görə, Çikaqo ilə (biznes mərkəzi və hava limanını birləşdirən 27 km uzunluğa malik tunelin tikilməsinə dair) müqavilə imzalanıb. Tunelin inşası hələ təsdiqlənməsə də İlon Mask gördükləri işdən razı qalaraq, Vaşinqton və Baltimor arasında tunel tikilməsini də, planlaşdırır. 

Ən sərfəli krediti almaq üçün müraciət et