Süni intellektin yaradıcısı bu texnologiya ilə bağlı xəbərdarlıq edib | Banco.az

Süni intellektin yaradıcısı bu texnologiya ilə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Süni intellektin atası sayılan Cefri Hinton öz peşmanlığını dilə gətirib.

Banco.az xəbər verir ki, "süni intellektin atası" kimi xarakterizə edilən 75 yaşlı Cefri Hinton süni intellekt sahəsindəki fəaliyyətlərinə və gördüyü işlərə görə peşman olduğunu bildirərək “Google”dan istefa verdiyini açıqlayıb.

“New York Times” nəşrinə açıqlamalar edən Hinton, "Bu sahədəki inkişaflardan qaynaqlanan potensial təhlükələr üzündən süni intellektlə bağlı fəaliyyətimdən peşmanam", deyə fikrini dilə gətirib.

Süni intellektə əsaslanan çatbotların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin bəzi potensial təhlükələrinin olduqca qorxulu olduğunu söyləyən Hinton onların yaxın gələcəkdə insanlardan daha ağıllı olacağı qənaətinə gəldiyini ifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Hinton vurğulayıb ki, çatbot tezliklə insan beyninin sahib olduğu bilik səviyyəsini üstələyə bilər. İrəliləyiş tempini nəzərə alsaq, prosesin kifayət qədər sürətlə təkmilləşəcəyinə inandığını qeyd edən Hinton bu səbəbdən narahatlığa əsas olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et