Süni intellekt insanları aldada bilərmi? | Banco.az

Süni intellekt insanları aldada bilərmi?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son illərdə texnologiyanın əhəmiyyətli irəliləyişlər əldə etdiyi kimi, süni intellekt sahəsində də son dərəcə önəmli irəliləyişlər olub. Bu inkişaflarla həyatımızın bəzi sahələri asanlaşsa da, son araşdırmalardan birində süni intellektin böyük bir təhlükəsi də ortaya çıxıb.

Süni intellektin necə istifadə olunduğunu tənzimləyən bir neçə qayda var. Bu səbəbdən mütəxəssislər süni intellektin sürətli inkişafının təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Hətta süni intellektlə bağlı araşdırmalara son qoyulmalı olduğunu deyənlər də var.

Süni intellektdən istifadə ilə bağlı narazılıqların artdığı bir vaxtda "ChatGPT" kimi çatbotlarının yalan məlumat paylaşması ilə bağlı şikayətlər də çoxalıb. Keçmiş "OpenAI" əməkdaşlarının təsis etdiyi "Anthropic" şirkəti tərəfindən aparılan araşdırmanın nəticələri bu şikayətləri dəstəkləyib. 

"Amazon" tərəfindən maliyyələşdirilən "Anthropic" tədqiqatçıları "ChatGPT" və onun rəqibi "Claude" kimi qabaqcıl çatbotların insanları aldatmaq üçün yalan danışmağı öyrənib-öyrənmədiyini yoxlayıblar. Nəticə isə gözlənildiyi kimi olub, yəni çatbotları yalan danışmağı öyrənə bilərlər.

Məlumata görə, çatbotlar yalan danışmağa başlayandan sonra bu problemi düzəltmək olmur. Yəni onları təhlükəsizlik üsulları ilə geri qaytarmaq mümkün olmur. Bu, süni intellektin insanlara zərər verə biləcək səviyyələrə çata biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub. Testlər əvvəllər yalnız elmi fantastika filmlərində mümkün olduğu düşünülən bu vəziyyətin real həyatda da mümkün olduğunu ortaya çıxarıb.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilin noyabrında "ChatGPT"nin istifadəyə verilməsindən bir il sonra Böyük Britaniya texnologiya ilə bağlı riskləri müzakirə etmək üçün Süni İntellekt Təhlükəsizlik Sammiti keçirdi. Burada ölkənin Baş naziri Rişi Sunak potensial təhlükəyə diqqət çəkmişdi. 

Əslində, süni intellekt artıq insanlara zərər verməyə başlayıb.

Bir çox sahələrdə süni intellektdən istifadə edilir. Lakin bu, insanların işini asanlaşdırmaq baxımından nə qədər faydalı görünsə də, bir o qədər də təhlükəlidir. Çünki artıq iş yerlərində insanların işini süni intellekt alətləri görməyə başlayır. Bu isə gələcək təhlükələrin xəbədarlığıdır.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et