Subaylar günü “Alibaba”ya 25 milyard qazandırdı | Banco.az

Subaylar günü “Alibaba”ya 25 milyard qazandırdı

Hər ilin 11 Noyabr tarixində Çinin elektron kommersiyası fantastik dərəcədə gəlir əldə edir.

Bu tarixdə Çində keçirilən Subaylar günü ABŞ-ın Black Friday gününün analoqudur. Əvvəllər 11 Noyabr tarixi Çində tək başına alş-veriş edən subay kişilər günü kimi qeyd olunurdu. Lakin 2009-cu ildən başlayaraq həmin tarixdə böyük endirimli alış-verişlər keçirilməyə başlandı. Keçən il Çinin internet nəhəngi “Alibaba” həmin endirimli alış-veriş günündən rekord olaraq 17.8 milyard dollar gəlir əldə etmişdi. 2015-ci ildə isə bu göstərici 14.3 milyard dollar idi. Lakin bu ilin göstəriciləri əvvəlki illərdəkiləri geridə qoymağı bacardı. Endirimlərin start verilməsindən 13 saat sonra şirkətin təmiz gəliri artıq 18 milyard dolları keçmişdi.

Bununla yanaşı ilk milyard dolları satıcılar ilk 2 dəqiqə ərzində reallaşdırıblar. Endirimə start veriləndən yarım saat sonra isə satışların nəticələri 7 milyard dollara çatıb. Nəticədə “Alibaba” bu endirimli alış-veriş günü sayəsində 25 milyard dollardan çox gəlir əldə edib. Maraqlısı ondadır ki, Subaylar günündə olan endirimli alış-veriş zamanı alıcıların çox hissəsi məhsulları mobil telefon vasitəsilə sifariş edirdilər. Endirimə start veriləndən sonra mobil telefon vasitəsilə sifariş verənlərin faiz göstəricisi 84-dür. Sonrakı saatlarda bu göstərici daha da artıb və nəticədə 90% təşkil edib. “Alibaba”nın keçən illərdəki satış göstəricilərinə aşağıdakı qrafikdən baxa bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Keçən il satışların təkcə ilk saatında alıcılar 1 saniyə ərzində 175.000 sifariş və 120.000 pul köçürməsi reallaşdırırdılar. Qeyd etmək lazımdır ki, bu il endirimli alış-verişlərdə iştirak edən 40-a yaxın brend Çindən olan brendlər siyahısında olmayıb. Subaylar günü Çində 90-cı illərdən bəri qeyd olunur və o, universitet tələbələri arasında yaranıb. 11.11 tarixi yalnız 1 rəqəmindən ibarətdir və yalnızlığın mənasını əks etdirir. Hesab olunur ki, 11 Noyabr tarixi yeni tanışlıqlara və münasibətlərə start vermək üçün əlverişli tarixdir.

Mənbə: technote.az

#Double11 2017: As of 24:00, total GMV has exceeded RMB168.2 billion - more than USD25.3 billion. Mobile GMV: 90%.

— Alibaba Group (@AlibabaGroup) 11 Kasım 2017

Ən sərfəli krediti almaq üçün müraciət et