Stiv Cobsun ən yaxşı sitatları | Banco.az

Stiv Cobsun ən yaxşı sitatları

- Nəyi əldə edib nəyi itirəcəyin barədə düşünməyə son verməyin ən yaxşı üsulu öz ölümünü gözünün qabağına gətirməkdir. Bundan qaçmaq mümkün deyil. Ona görə ürəyinin səsinə qulaq as.

- Keyfiyyət göstəricisi olun. Bəzi insanlar böyük ustalıq tələb olunan işə sadəcə alışmayıblar.

- Mən qəbiristanlıqda ən zəngin insan olmaq istəmirəm. 

- Mən həm öz yaratdığım, həm də başqalarının yaratdıqları ilə qürur duyuram. İnnovasiya 100 dəfə yox demək bacarığıdır.

- Mən düşünürəm ki, əgər hər hansı bir iş görürsünüzsə və bu, sizdə yaxşı alınırsa, o zaman yeni bir işlə məşğul olmaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

- Apple şirkətindən qovulmağım həyatımda baş vermiş ən yaxşı hadisədir. Mən müstəqil oldum və həyatımın ən yaradıcı dövrlərindən birini yaşadım.

- Tarixdə iz qoymaq istəyirəm.

- Mən əminəm ki, uğurlu ilə uğursuz iş adamı arasındakı əsas fərq iradədədir.

- 17 yaşım olanda oxuduğum fraza təxminən belə səslənirdi: Hər gününü sanki sonuncu gün kimi yaşayırsansa, nə vaxtsa sən haqlı olacaqsan. Bu fraza mənim yaddaşıma həkk oldu. O vaxtdan ötən 33 il ərzində hər səhər mən güzgüdə özümə baxaraq danışıram: Əgər bu gün həyatımın son günü olsa, ürəyimdən keçəni edərdimmi? Cavablarım bir neçə gün müddətində mənfi olduqda, mən anlayırdım ki, nəyisə dəyişdirmək lazımdır. 

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et