Stellar nədir? Necə işləyir? Haradan almaq olar? | Banco.az

Stellar nədir? Necə işləyir? Haradan almaq olar?

Bankları, ödəniş sistemlərini və istifadəçiləri bir araya gətirən paylanmış bir ödəmə platforması olaraq ifadə edə biləcəyimiz Stellar (XLM), qlobal maliyyə sistemini olduğu yerdən irəliyə aparmağı və onu yenilikçi bir anlayışla çevirməyi hədəfləyir. Stellar istifadəçiləri işlərini asanlıqla, təhlükəsiz və qənaətlə həyata keçirə bilirlər.

Bugünkü qlobal maliyyə sisteminin ən mühüm elementlərindən olan ənənəvi banklar, istifadəçilərinə “maliyyə xidmətləri” adı altında xidmət edirlər. Müştərilər üçün imtahan halına gələn bu xidmətlər zamanı müxtəlif problemlərlə rastlaşmaq ənənəvi hala gəlib. Digər tərəfdən, vaxt keçdikcə coğrafiyası genişlənən Blockchain texnologiyasından güc alan Stellar platforması vasitəsilə mövcud bankların təqdim etdiyi əməliyyat ödənişlərindən aldıqları ödənişləri bir xeyli böyük bir nisbətdə azaltmaq mümkün olub.

Açıq qaynaqlı və paylanmış bir ödəmə sistemi olaraq bilinən Stellar mövcud ödəmə sistemlərini, maliyyə təşkilatları və istifadəçiləri bir araya gətirərək dünyanı maliyyə baxımından daha inkişaf etmiş bir şəklə salmağı hədəfləyir. Həmçinin, Stellar platforması vasitəsilə bir çox valyutalar və müxtəlif aktivlərlə ticarət etməyə imkan verir. Plarforma daxilində istifadə edilən və “Lumens” adı verilən ünsürlər birjalarda XLM işarəsi ilə təmsil olunur. XLM hazırda 8 milyard dollarlıq bazar dəyərinə sahibdir. Stellar platformasının bir araya gətirdiyi banklar və ödəmə sistemlərinə istiqamətli yaradılmış bir körpü xüsusiyyətində əməliyyat görən XLM Stellar şəbəkəsinin “yerli aktivi” şəklində də təyin olunur.

Stellar platforması, mərkəzləşdirilməmiş və paylanmış strukturuna görə maliyyə əməliyyatları zamanı ortaya çıxa biləcək riskləri aradan qaldırır. Platformanın inkişaf və işləyiş müddətinə yaxşı mənada təsir göstərən qeyri-kommersiya təşkilatı stellar.org fəaliyyətini dayandırsa və ya başqa bir gözlənilməz hadisə meydana gəlsə belə Stellar şəbəkəsi işlərinə davam edə biləcək və həyata keçirilən əməliyyatları təsdiqləyəcək sistemə malikdir.

Qlobal iqtisadiyyatın inkişafına qatqı təmin etmək və hər kəsə aşağı qiymətli maliyyə xidmətləri göstərməyi hədəfləyən Stellar şəbəkəsi, 2014-cü ildə 100 milyard XLM ilə yola çıxdı. Bundan əlavə, platforma istifadəçilərinə bir çox sahədə xidmət göstərir. Ənənəvi bankların təklif etdiyi xidmətlərdən istifadə edərək, beynəlxalq miqyasda pul köçürməsi etmək həm bahalı, həm də sürətsizdir. Ancaq Stellar bunun tam əksini reallaşdırır. Əməliyyatları müxtəlif pullarla həyata keçirmək olur.

Ən sərfəli kredit üçün müraciət et

Stellar platformasının lokal aktivi olaraq ifadə edə biləcəyimiz Lumens (XLM) tezliklə dünyanın ən böyük kriptovalyuta birjalarından olan “Binance”-da yer alacaq.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et