Steem nədir? Haradan almaq olar? | Banco.az

Steem nədir? Haradan almaq olar?

Steem Blockchain platforması kimi tanınan Steemit-ə əsaslandırılmış tokendir. Steemit platforması canlı, aktiv və davamlı inkişaf edən iqtisadiyyat yaradaraq mövcud sosial media konsepsiyasını yenidən formalaşdırmağı hədəfləyir. Buna görə, Steemit istifadəçiləri istehsal etdikləri məzmunlara görə mükafat qazana biləcəklər.

Bir çox alternativ istifadəçiyə sahib olan steemit.com Steem Blockchain-inə əsaslanan sosial media platformalarından biridir. Steam Blockchain-inə bağlı veb-səhifələrdəki bütün məlumatlar sabit bir dəftərdə qeyd olunur. İstifadəçilər hazırladıqları məzmunları pula çevirə bilirlər. Bu cəhətdən Steemit-i “Reddit”-ə bənzətmək olar. Lakin Steemit məzmun təminatçılarını mükafatlandırır.

Steemit şəbəkəsi hər gün yeni Steem çıxararaq onu istifadəçilərə təqdim edir. İstifadəçilər bu tokenləri kriptovalyuta birjalarında istifadə edə bilirlər. Bəs bu tokenlər niyə bölüşdürülür? İstifadəçilərin platformada reallaşdırdıqları, bəyənmə, şərh yazma və digər fəaliyyətləri müqabilində token qazanmaq şansları artır. 2016-cı ilin iyun ayından indiyədək ümumilikdə 40154371 dollar dəyərində mükafat paylanılıb.

Steem Blockchain-inə bağlı rəqəmsal aktiv kimi dəyərləndirilən Smart Media Tokenlər (SMT) sayəsində hər kəs onlayn məzmunlarını pula çevirə bilər. SMT-ləri Ethereum Blockchain-indəki ERC20 tokenlərinə bənzədə bilərsiniz. Lakin SMT-lərdə rəqəmsal məzmun istehsalçılarını mükafatlandırmasına imkan verən bir mükafat paylama sistemi mövcuddur.

Harada almaq olar?

Steem Blockchain-i dünyanın hər yerindən iştirak edən istifadəçilərin yaratdığı birlik tərəfindən yönləndirilir. Steem Bitcoin və Ethereum-dan daha sürətli əməliyyat reallaşdırmaq qabiliyyətinə malik olan kriptovalyutadır. Steem-i “Binance”, “BitShares”, “Bittrex” kimi kriptovalyuta birjalarından almaq olar.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et