Startaplara dəstək olan banklar | Banco.az

Startaplara dəstək olan banklar

Startap yeni yaradılmış və ilkin inkişaf mərhələsində olan şirkət adlandırılır. Ümumilikdə startapların fəaliyyətləri daha çox yeni texnologiyaların (innovasiyaların) işlənilməsi (tədqiqatı) və onların tətbiqi ilə bağlıdır. Bunu nəzərə alaraq, startaplar bir tərəfdən davamlı və dayanaqlı, digər tərəfdən isə iri miqyas artımı potensialına malik olan biznes modelinin işlənilməsinə maraq göstərirlər.

Azərbaycanda startapların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq investisiya ilə məşğul olan bir sıra şirkətlər yaradılmışdır. Bunların içərisində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya texnologiyalarının inkişafı dövlət fondunu göstərmək olar. İKT sahəsində sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə Fond güzəştli kreditlərin verilməsi üzrə hansı bankların köməyindən istifadə edir?

Sahibkarların kredit ala biləcəyi banklar aşağıdakılardır:

-Paşa Bank

- Bank Respublika

-Rabitə Bank

Ən sərfəli kredit üçün müraciət et

-Bank BTB

-Xalq Bank

-Kapital Bank

Fondun müvəkkil banklarla işləməsinin səbəbi öz biznesini qurub, genişləndirmək istəyənlərə dəstək göstərməkdir. Yəni, əgər şirkət olaraq artıq formalaşmısınızsa, layihənizin inkişafı üçün qeyd edilən banklardan güzəştli kredit götürərək fəaliyyətinizi davam etdirə bilərsiniz.

Hansı istiqamətlər üzrə güzəştli kreditlər verilir?

• İnnovativ layihələrin həyata keçirilməsi
• Yeni texniki qurğuların yaradılması
• İKT məhsullarının istehsalı
• Yeni texnologiyaların tətbiqi ilə xidmətlər göstərilməsi
• Proqram təminatı vasitələrinin yaradılması
• İnformasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində xidmətlərin yaradılması
• İKT sahəsində digər xidmətlərin göstərilməsi

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et