Startapda işləmək üçün hansı xüsusiyyətlər lazımdır? | Banco.az

Startapda işləmək üçün hansı xüsusiyyətlər lazımdır?

Uğur qazanmaq arzusuyla yola çıxılan dinamik, stabil olmayan, bir o qədərdə özünüzü yaradıcı və faydalı hiss edəcəyiniz yer olan startapda çalışmaq üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdır?

  1. Təşəbbüskar olmaq – Təşəbbüskarlıq startaplar üçün çox vacib xüsusiyyətdir. Sadəcə təşəbbüskarlıq deyil, eyni zamanda risk almaq, müvəffəqiyyət və uğursuzluğa ortaq olmaq lazımdır.
  2. Uğur qazanmaq istəyi – Bu istək həddən artıq çox olmalıdır. Hədəfiniz sadəcə pul qazanmaq olmamalıdır.
  3. Güvənmək – İlk olaraq özünüzə, sonra isə komanda yoldaşlarınıza güvənin. Çünki bu bir komanda işidir və hər kəs eyni məqsəd üçün çalışır.
  4. Öyrənməyə açıq olmaq – Çünki dünya dayanmadan inkişaf edir və müştəri tələbinə görə dəyişir. Yeni bilgilər əldə edib, daim öyrənməlisiniz.
  5. Qazanc – Gündəlik qazancınızı deyil, gələcək mənfəətinizi fikirləşməlisiniz.
  6. Xoşbəxt olmaq – Yeri gəldiyində bir stajçının işini görməli olacaqsınız, yeri gəldiyində isə məsləhət almadan riskli qərarlar verməli olacaqsınız. Sadəcə işləmək deyil, əlavə dəyər qatmaq və işin hər anından xoşbət olmalısınız.
  7. Komanda səmimiyyəti – Korporativ iyerarxiya olmadan, komanda olaraq yan-yana oturmaq, özünüz olmağınıza imkan verən bir yerdə olmaq startaplarda çalışanlar üçün əsas üstünlükdür.

 Pərvanə Aslanova, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et