“Starbucks”ın loqosundakı sirr yoxsa qüsur? | Banco.az

“Starbucks”ın loqosundakı sirr yoxsa qüsur?

Gözləri insanda inam hissi yaradır. Dalğalanan saçları üzünə tökülür. 2011-ci ildən bəri “Starbucks” ın loqosundakı dəniz qızı təsviri mağazaya daxil olub bir latte və ya tort almağınız üçün cəlbedici bir rəmzdir, elə deyilmi? Loqonun üzərindəki bu təsvir sağ və sol yarısı bir birinə simmetrik olan dəniz qızının əks etdirilməsidir.

Starbucks” ın dəniz qızı təsvirinin illərdir mükəmməl olduğu düşünülsə də, marka və innovasiya üzrə konsultasiya şirkəti olan “Lippincott” loqonun dizayn baxımından qüsursuz olmadığını ortaya çıxardı. Şirkət heyəti yeddi il əvvəl divara asıb baxmağa başladıqları bu dəniz qızı təsvirində qəribəliklər aşkar etdilər. Heyətin fikrinə görə bu təsvirə asanlıqla “gözəl” deyilə bilməzdi, əsrarəngiz və hətta düzünü desək insan kimi davranan yad planetli və ya robot kimi qorxuducu bir təsir bağışlayırdı.

Starbucks” ın əvvəlki loqosundakı dəniz qızı qara cizgilərlə təsvir edilmişdi.

“Lippincott” heyəti işə başlayır

Məsələni araşdırmağa başlayan “Lippincott” heyəti ilk olaraq dəniz qızı təsvirinə asimmetrik cəhətdən nəzər saldılar. Heyətin təsvir üzərində işə başlamasından sonra dəniz qızının gözlərindəki dəyişikliyə baxın. Bəs burnunun sağ tərəfinin sol tərəfindən daha aşağıya doğru baxdığına diqqət etdinizmi?

Şirkətin dizayneri Bogdan Geana bu yorucu prosesi öz gözündən belə təsvir edir: “Nəhayət dəniz qızının üzünə bir qədər assimetrik cizgilər əlavə etdik. Üzünün sağ tərəfi daha kölgəli oldu. Beləliklə daha insana bənzər hal aldı və “millimetrlik maska” görüntüsü azaldı”.

https://videopress.com/v/CpW2U1yt

“Starbucks” ın nə üçün yeni bir loqoya ehtiyacı vardı

“Lippincott ın yaradıcı direktoru Connie Birdsall 2011- ci ildə loqonu yenidən dizayn edərkən ortaya çıxan nəticə bizə tanış olan kofe ənənəsindən kənara çıxan, daha dolğun bir “Starbucks” markasını təmsil edirdi. Bu loqo eyni zamanda bir çox problemi də özü ilə gətirmiş oldu. Çünki “Starbucks” ın ənənəvi loqosu, ABŞ dakı müştərilər düşünüldüyündə hər yerdə mağazası olan bu qəhvəxana şəbəkəsi üçün tanınmanın əsas göstərici kimi qəbul edilirdi. Lakin, insanlar öz loqosuna bu qədər bağlı olan bir markadan sıxıla bilərdilər və həm də markanın kofe satmaqdan əlavə səhər yeməyi, hətta bəzi mağazalarda gecələr şərab satmaq niyyətində olduğu düşünüldükdə, “Starbucks” ın kofe satmaqla bu dərəcədə bütünləşmiş bir loqodan daha yaxşısına ehtiyac duyacağı dəqiq idi.

“Starbucks” ın 2011-ci ildə dəyişdirilən yeni loqosu “Lippincott” tərəfindən hazırlandı.

Ən sərfəli kredit üçün müraciət et

 

Loqonun kənarlarında qeyd edilən “Starbucks Coffee” yazısı o qədər diqqət çəkici idi ki, əsas simvol olan dəniz qızı təsviri kifayət qədər diqqəti cəlb etmirdi. Hətta markanı ABŞ xaricində təqlid edən mağazalar loqonun üzərində etdikləri bəzi kiçik dəyişikliklərlə yeni “Starbucks” müştərilərini aldada bilirdilər.

Birdsall bu mövzudan bəhs edərkən “Çindəki bir “Starbucks” mağazasının orijinal olub olmadığını necə başa düşə bilərik?” sualınan istinadən işə başladıqlarını bildirir. Markanın adının yazıldığı dizayn modeli sürətinin çıxarılması üçün əlverişli olduğundan bir çox yerdə “Stars” və “bucks” sözlərindən istifadə etməklə loqonun orta hissəsinə başqa bir təsvir yerləşdirərək göz yanılmasına səbəb ola bilirdiklər ki, buna da nəzarət etmək çox çətin olurdu.

Çindəki təqlid "Starbucks" mağazalarından biri

Dəyişiklik başlayır

Bu qədər xırdalıqların və ciddi risklərin olduğu bir mövzuda bir araya gələn “Starbucks” dizayn heyəti və “Lippincott” yeni bir yanaşma ilə əvvəlcə loqoda dəniz qızını əhatə edən dairəni götürdülər. Iki heyətinin də bunu etməkdə əsas məqsədi şirkətin reklam üzünü tamamilə dəniz qızı təsvirinə yönəltmək idi. Təsvirin cizgiləri qaradan yaşıla dəyişdirildi, “Starbucks Coffee” yazısı götürüldü və yeni loqo artıq daha güclü bir rəmz olaraq qarşımızdadır.

Hər iki heyət daha təbii və cazibədar, özünə inamını göstərən, müəyyən mənada sirrli və insanları keyfiyyəti ilə cəlb edən bir loqo yaratmaqda həmfikir idilər. Lakin, bu prosesdə “Lippincott” heyəti fikirlərinin tükəndiyini hiss etdilər. Məsələ burasında idi ki, mükəmməl bir təşkilati loqo yaratmaq üçün hər şey dəqiqliklə nəzərə alınarkən bu proses həddindən artıq xırdalıqlarla dolmuşdu. Beləliklə dəniz qızına “Barbie” gəlinciyi kimi mükəmməl görünüş vermək əvəzinə daha dünyəvi bir təsir bağışlamasının doğru olacağını düşündülər.

Bunun ardınca daha dairəvi cizgili, ucları və kənarları daha incə və xüsusilə də simmetrik gözəllik anlayışını tərk edən bir loqo yaratmaq üçün hərkəs var gücü ilə çalışdı. Böyük səylərin və uzun müddət davam edən müzakirələrin sonunda “Starbucks” öz xüsusiyyətlərini yaxşı əks etdirən, dəniz qızını təsviri baxımdan daha yaxşı göstərən yüksək keyfiyyətli ticari rəmzə sahib oldular.

“Starbucks” ın dəyişən və son loqosu

Yazılı loqoların dövrü bitdimi?

Bugünki “Starbucks” loqosu yazılı loqoların əvvəlki əhəmiyyətini itiməyə başladığının bir nümunəsidir. Eyni nümunəni “Apple” şirkətinin dişlənilmiş alma təsviri ilə kifayətlənməsində görə bilərik.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et