“Standard Sığorta”nın rəhbəri yenə dəyişdi | Banco.az

“Standard Sığorta”nın rəhbəri yenə dəyişdi

Sığorta Şirkətində 2 il ərzində 3-ci dəfə Direktorlar Şurası sədri dəyişib

“AB Standard” şirkətləri qrupu “Standart Sığorta” ASC-nin Direktorlar Şurası tərkibində dəyişiklik edib. Sığorta Şirkətinin Direktorlar Şurası üzvü Rəhman Babayev onun yeni sədri təyin olunub.

Bu barədə şirkətdən bildirilir.

Rəhman Babayev 2017-ci ildən etibarən həmin vəzifəni tutan Oruc Heydərovu əvəz edib. “Standard Insurance” ASC-nin Direktorlar Şurası üç nəfərdən ibarətdir: Rəhman Babayev, Emin Babayev və Oruc Heydərov. R. Babayev əvvəllər şirkətin İdarə Heyətinin sədri olub.

Ən sərfəli kredit üçün müraciət et

Direktorlar Şurasına Sədr artıq iki il ərzində 3-cü dəfədir ki, seçilir. Belə ki, 2016-ci ilin oktyabrında Kamal İbrahimovu Fuad Xəlilov, 2017-ci ilin aprelində Fuad Xəlilov Oruc Heydərov əvəz etmişdi.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et