“Standard Insurance” Sığorta Şirkətinin rəhbərliyi dəyişib | Banco.az

“Standard Insurance” Sığorta Şirkətinin rəhbərliyi dəyişib

“Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib.

Şirkətin maliyyə hesabatına istinadən xəbər verilir ki, indiyə qədər bu vəzifəni icra edən Rəhman Əliağa oğlu BabayevNijad Məhərrəm oğlu Məmmədov əvəz edib.

Yeni sədr həm də “Standard Insurance”lə birlikdə “AB Standard” QSC-yə daxil olan “Standard Lizinq” MMC-nin direktorudur.

 

Bundan başqa, DŞ-nın üzvləri olan Oruc Heydər oğlu Heydərov və Emin Heydər oğlu Babayev vəzifələrini tərk ediblər. Onların yerinə hələ ki, təyinat olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, “Standard Insurance”in İdarə Heyətində və Təftiş Komissisında müvəqqəti təmsil olunan Rövşən Şakir oğlu Bayramov da işdən çıxıb.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard"a məxsusdur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et