S&P daha bir Azərbaycan bankinın reytinqini endirib | Banco.az

S&P daha bir Azərbaycan bankinın reytinqini endirib

"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin kredit reytinqini "B-/B" səviyyəsindən "ССС+/С" səviyyəsinədək endirib. "APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz neqativdir.

"Reytinqin endirilməsi özündə bankın kreditləşmə qabiliyyətini ehtiva edir", - deyə agentliyin açıqlamasında deyilir.

Agentliyin analitikləri qeyd edir ki, Azərbaycanda hökm sürən əlverişsiz əməliyyat mühiti "Muğanbank"ın likvidliyinə və kapitallaşmasına da neqativ təsir edib.

Ən sərfəli kredit üçün müraciət et

S&P bildirir ki, 2016-cı ildə bank güclü depozit axını ilə üzləşib. Belə ki, manatın məzənnəsinin korreksiyasını da nəzərə alsaq, bankın depozit portfeli 30% azalıb. "Nəticədə bankın likvidliyi təzyiqlə üzləşib. Yüksəklikvidli aktivlərin həcmi isə təxminən 77% azalaraq 14,5 mln. manata çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə depozit axını səngiyib. Lakin bankın likvidlik ehtiyatı hazırda minimal həddədir ki, bu da riskləri artırır", - deyə məlumatda vurğulanıb.  

Ən sərfəli krediti almaq üçün müraciət et