Sosial islahatlar 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir | Banco.az

Sosial islahatlar 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir

Cari ildə Azərbaycanda minimum əməkhaqqı iki dəfəyə yaxın artırılıb və bu, 950 min insanın əməkhaqqının artımına imkan verib. Əlavə olaraq, 400 min işçinin əməkhaqqı 20-50 faiz artırılıb. 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilmiş Kollegiya iclasında nazir Sahil Babayev bildirib ki, minimum pensiyanın 72 faiz artırılması 650 min insanı əhatə edib, eyni zamanda dövlət sektorunda işləyənlərin əmək haqlarının sentyabrın 1-dən artırılması ilə əlaqədar 94 min nəfərin (xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər) pensiyasının artırılması təmin ediləcək. 800 min vətəndaşın problemli kreditləri ilə bağlı çətinliyi də aradan qalxıb. Ümumilikdə, builki sosial islahatlar, nəticə etibarilə, birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərinin növbəti müsbət nəticəsi kimi, 2019-cu ilin 6 ayında 102 min yeni əmək müqaviləsi (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alınıb. Bu il ərzində əməkhaqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb. İlin əvvəlindən elektron pensiya təyinatına keçilməsi nəticəsində ilk 6 ayda yaşa görə pensiya təyinatları 67,7 faiz artıb. Müavinət və təqaüdlərin təyinatı mexanizmi də avtomatlaşdırıldıqdan sonra il ərzində 180 mindən çox şəxsin sosial təminat növləri üzrə hüquqları proaktiv formada reallaşacaq.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç