Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıb | Banco.az

Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıb

2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81 219 ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankı  xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2% və ya 1861 ədəd azalıb.

Qeyd edək ki, ölkə üzrə mövcud POS-terminalların 55 263 ədədi və ya 68%-i Bakıda, 25 956 ədədi və ya 32%-i isə regionlarda yerləşir.

Cari iln sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 121 ədəd və ya 2.6% azalma deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et