ŞOK: “BitConnect” saytı bağlandı | Banco.az

ŞOK: “BitConnect” saytı bağlandı

Uzun müddət olduqca sərt müzakirələrə mövzu olan “BitConnect”-in arxasında olan şirkət kriptovalyuta üçün xüsusi olaraq işlədilən borc vermə əməliyyatları (lending) və birja platformasına sahiblik edən vebsaytını bir andaca bağlayıb.

stifadəçilər veb saytda bu xəta ilə qarşılaşırlar.

Çərşənbə günü verilən açıqlamaya görə, “BitConnect”-in borc vermə sistemi heç bir xəbərdarlıq olunmadan bağladılıb. Bijanın isə 5 gün ərzində bağlanması planlaşdırılır.

“Bir sözlə, kreditləşmə sistemimizi və birja xidmətimizi bağlayırıq. Amma BitConnect.co saytında cüzdan xidmətləri, xəbərlər və təhsil məzmunu açıq olaraq qalacaq”.

Verilən açıqlamada bu qərarın verilməsi bir çox faktorlarla əlaqələndirilib. Ən nəzərə çarpanı isə Texas və Şimali Karolina ştatlarında “əməliyyatların dayandırılması” xəbərdarlıq yazılarıdır. Hər iki yazıda da “BitConnect” token satış adı altında qanuni olmayan əmtəə satmaqda günahlandırılıb. “BitConnect”-in saytında isə bununla əlaqədar belə bir açıqlama verib:

“İki ədəd “əməliyyatları dayandırın” məzmunlu məktub aldıq, biri Texas Əmtəə Komitəsi, digəri isə Şimali Karolina Qiymətli Kağızlar İdarəsindən gəlib. Bu yazılar platformanın qanuni davamı üçün ən böyük maneədir”.

Yuxarıda göstərilən ştatlarla yanaşı, kriptovalyuta xəbər qaynaqları da günahlandırılıb. Məqalədə “qeyri-ciddi media resursları kriptovalyuta cəmiyyəti üzvlərini şübhəyə salır və platformaya olan inamlarını itirməsinə səbəb olur” deyə qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

“BitConnect” əslində bazara çıxdığından bəri bir ponzi oyunu olmağı ilə günahlandırılmışdı. Üstəlik, Ethereum-un qurucusu Vitalik Baterin kimi kriptovalyuta bazarında önəmli mövqeyə sahib olan şəxslər də platformanı son vaxtlar sərt şəkildə tənqid etmişdi.

“BitConnect” komandasının açıqlamasında edilən ittihamlar arasında DDoS hücumları da yer alır. Yanvarın 13-dən bu yana “BitConnect”-in “Twitter” hesabında yazılan şərhlərdə vebsaytın DDoS səbəbindən problemlər yaşadığı qeyd olunub.

ABŞ-ın Texas və Şimali Karolina ştatları tərəfindən dərc olunan yazılara baxmayaraq, “BitConnect” ICO satışının hələ də davam edəcəyini bildirib. Həmçinin, “BitConnect” token satışı üçün fərqli vebsayt üzərində çalışacaq.

“Bu hadisə “BitConnect” istifadəçi cəmiyyətinin sonu deyil, ancaq vebsaytımızdakı platforma vasitəsilə təklif edilən bəzi servisləri dayandırırıq. Gələcəkdə fərqli kriptovalyuta idmətləri təklif edəcəyik”.

Şərhdə qrammatika və səhvləri nəzərə alsaq, yazını hazırlayan şəxsin panika içərisində onu hazırladığını söyləmək olar. BCC simvolu ilə əməliyyat təklif edən “BitConnect”-in sadəcə 1 gün ərzində 80 faizdən artıq dəyər itirərək 40 dollara enməsi bu hadisənin səbəblərindən biri kimi görünür.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et