SoftBank Uberin 20%-ni almağı hədəfləyib | Banco.az

SoftBank Uberin 20%-ni almağı hədəfləyib

2017-ci il Oktyabrın sonunda SoftBank Uberin 20%-ə qədərini almağı planlayır

Yaponiyalı SoftBank və taksi servisi Uber 29 Oktyabr 2017-ci il tarixindən sövdə imzalamağı planlaşdırır. Cnet məlumat verir ki, bu haqda Uberin idarə heyətinin üzvü Arianna Haffinqton məlumat verib.

Onun sözlərinə görə, SoftBank Uberdə 14%-20% arası pay sahibi olacaq. Tərəflər sövdə üçün lazımı sənədləri “növbəti həftə ərzində” imzalamaq niyyətindədir, o bildirib. Hazırda tərəflər razılığın maliyyə tərəfləri haqqında danışıqlar aparır, Haffinqton dəqiqləşdirib.

Ən sərfəli kredit üçün müraciət et

Uberin idarə heyəti 2017-ci il 3 oktyabr tarixində SoftBankın investisiyalarını məqbul qiymətləndirib. Sövdənin məbləği açıqlanmır, amma TechCrunch mənbələri müqavilənin həcmini 8-10 milyard dollar həcmində qiymətləndirir.

Avqust ayında taksi servisinin yeni icraçı direktoru vəzifəsinə əvvəllər Expedia  turizm servisinin rəhbəri olmuş  Dara Xosrovşahi təyin olunub. O bəyan etmişdi ki, “kompaniya hesablarını ödəsin” deyə şirkətin mənfəətliliyi üzərində işləyəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et