SOCAR büdcə ödənişini kəskin artırıb | Banco.az

SOCAR büdcə ödənişini kəskin artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129,056 mln. manat vəsait ödənilib.

Bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53,736 mln. manat və ya 71,3% çox olub. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 395,421 mln. manat vəsait ödənilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,666 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 144,417 mln. manat təşkil edib ki, bu da 2015-ci ilə nisbətən 5,119 mln. manat və ya 3,7% çoxdur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et