SOCAR büdcə ödənişini 9% artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

SOCAR büdcə ödənişini 9% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128,187 mln. manat vəsait ödənilib.

SOCAR-a istinadən xəbər verilir ki, bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10,505 mln. manat və ya 8,9% çox olub.

Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,507 mln. manat vəsait köçürüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2,379 mln. manat və ya 23,5% çoxdur.

Mənbə: Report.az