Sizə necə kömək edə bilərəm? | Banco.az

Sizə necə kömək edə bilərəm?

  • "Alo"
  • "Buyurun"; "Sizə necə kömək edə bilərəm?"

... Hər birimiz bir dəfə də olsa, Call-Center işçiləri ilə ünsiyyət qurmuşuq. Qarşılaşdığımız səs adətən incə, məlahətli, və pozitiv olur.

Həmin an köməyə hazır vəziyyətdə olan Call-Center işçiləri, şirkətin və ya təşkilatın əsas köməkçiləri sayılır. Gün ərzində yüzlərlə insanla ünsiyyətdə olmağı bir an təsəvvür etsək, bu işin necə yorucu iş olduğunu anlayarıq.

Çətin olan bu iş, qadınların karyeraları üçün yaxşı başlanğıc ola bilər. Bir iş üçün əsas şərt səbr və təmkinin olmasıdır. Call-Center işçisi kimi uzun müddət müvəffəqiyyətlə çalışmaq isə, sizdəki səbr və təmkinin bariz nümunəsidir. Əgər siz arzuladığınız şirkətdə istədiyiniz vəzifəyə qəbul ola bilmirsinizsə, ilk addımlarınızı Call-Center işçisi kimi atmaq sizi məqsədinizə çatdıra bilər.

Call-Center işçisi olmaq üçün nələr lazımdır?

Bir Call-Center işçisi üçün lazım olanlar ali təhsil, kompüter, dil biliyi, səlis və aydın nitq, müştərilərlə işləmə bacarığı, stressə davamlılıq, müvafiq sahədə təcrübədir (istisnalar mövcuddur). Adətən bu iş üçün zərif cinsin nümayəndələri tələb olunur. Bu işçilərdə xarici görünüş o qədər də əhəmiyyətli olmur. Gözəl səs, səlis nitq qabiliyyəti əsas meyarlardır.

Yüksək qavrama və güclü yaddaş çox önəmlidir. Çox sayda məlumatı yadda saxlamalı və mənimsəməlisiniz.

Səbrli və təmkinli olmalı

Ən sərfəli kredit üçün müraciət et

Hər gün müxtəlif cür insanla ünsiyyətdə olmalısınız. Onlar müştəridirlər. Bir məşhur deyim var "Müştəri hər zaman haqlıdır". Call-Center işçilərinin əsas devizləri Müştəri Məmnuniyyətidir. Bu səbəbdən səbrlə və təmkinlə cavablandırmalı olduğunuz suallara diqqət yönəltməlisiniz. Nəzərə alsaq ki, edilən müraciətlərin hamısı birmənalı olmur, əsəb pozuntularını anlamaq olar. Amma bu yenə də sizə müştəri ilə kobud rəftar etmə haqqını vermir. 

Bu iş əsəblərinizin korlanmasına səbəb ola bilər. Ona görə də səbrli və təmkinli olmaq əsasdır.

Call-Center işçilərinin vəzifələri nədən ibarətdir?

Daxil olan zənglərin qəbul etməli, müştərilərə informasiya dəstəyi göstərməli, yeni xidmətlər və məhsullar barəsində müştərilərə məlumatlar verməli, müştərilərin müraciət, təklif və şikayətlərini qəbul etməlidir.

Bu vəzifəyə qəbul olmaq üçün müsahibə mərhələsindən keçmək lazımdır. Şirkətdən asılı olaraq birinci mərhələ imtahan mərhələsi də ola bilər. Bütün mərhələləri keçdikdən sonra sınaq müddəti başlayır. Sınaq müddəti bitdikdən sonra hesabat imtahanını müvəffəqiyyətlə tamamlayanlar sərbəst işə başlayırlar. Bu iş növbəli sistemə malikdir.

Call-Center işçilərinin aldıqları əmək haqqı iş yükündən, öhdəliklərin siyahısından, kateqoriyadan asılı olaraq dəyişir.

Bu işə həvəsiniz varsa gecikmədən müraciətlərinizi şirkət, idarə və banklara göndərin.

Çox şeyi qazanacağınız dəqiqdir,  itirdikləriniz də az olmayacaqdır.

Amma unutmayın ki, sonunu düşünən qəhrəman ola bilməz.

Günel Abduraxmanova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç