Sizcə hansı şəhər dünyanın turizm paytaxtı hesab olunur? London yoxsa Paris? | Banco.az

Sizcə hansı şəhər dünyanın turizm paytaxtı hesab olunur? London yoxsa Paris?

Eyfel qülləsi ilə müqayisədə Biq-Ben turistləri daha çox cəlb edir. 2013-cü ilin yekunlarına əsasən deyə bilərik ki, London turistlər arasında ən məşhur şəhərə çevrilərək Parisi bu göstərici üzrə qabaqlayıb. Rəsmi məlumatlara görə, Londonda keçirilən Olimpiada zamanı iyul-sentyabr ayları ərzində şəhəri 5 milyon turist ziyarət edib. Bu göstərici 2012-ci il ilə müqayisədə 20% çoxdur.

"London şəhərinin sahibkarlıq məsələləri üzrə vitse-meri Kit Malthaus bildirib ki, göstəricilər insanı heyrətə gətirir. Biz hər zaman Paris şəhəri ilə rəqabət aparırıq. Paris həqiqətən də möhtəşəm şəhərdir və burada turistlərə yüksək zövq aşılayan gözəlliklər mövcuddur. İstirahət günlərində tez-tez Parisə yollanıram. Orada dincəlmək həqiqətən də mükəmməl hissdir. Lakin mütləq şəkildə vurğulamalıyam ki, London sözün əsl mənasında istirahət üçün daha əlverişli məkandır."

Ən sərfəli kredit üçün müraciət et

İllər keçsə də Paris yenə də əcnəbilər arasında ən məşhur şəhər statusunu qoruyub saxlamaqdadır. Şəhər meriyasının nümayəndələri tərəfindən verilən açıqlamada qeyd olunub ki, Londonun qələbəsindən danışmaq üçün erkəndir. 2012-ci ildə Parisə gələn turistlərin sayı 15.9 milyon nəfər təşkil edib. 2013-cü il üzrə göstəricilər hələlik məlum deyil. London meriyası isə hesab edir ki, yay mövsümünün uğurlu keçməsi Londonun Parisdə qeydə alınan göstəriciləri üstələyək, dünyanın turizm paytaxtına çevrilməsi ilə nəticələnəcək.

Banco.az / Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et