Şirkətlər hansı sosial media platformasına daxil olmalıdır? | Banco.az

Şirkətlər hansı sosial media platformasına daxil olmalıdır?

Şirkətlər tərəfindən sosial mediaya ayrılan büdcələr artırılsa da, kampaniyalarda effektiv nəticə əldə etmək həmişə mümkün olmur. Haqqında danışılan vəziyyət əksəriyyətlə, firmaların hansı platformalarda olmaları lazım olduğunu bilməmələrindən qaynaqlanır. İş sahiblərinin məhsul, xidmət, hədəf kütlə və təməl məqsədlərinə ən uyğun sosial mediada iştirak etmələri mövzusunda yol göstərici ola bilmək adına, ən məşhur sosial şəbəkələri dünyadakı məlumatlar işığında araşdırdıq.

"Hansı platforma hansı istifadəçi profilinə xitab edir?" sualının cavabına görə hərəkətə keçməzdən əvvəl, şirkət sahibləri özlərinə bu üç sualı vermələridir:

  • Şirkət hansı bazarda iştirak edir; B2C (şirkətdən müştəriyə), B2B (biznesdən biznesə) və ya hər ikisi?
  • Hədəf kütlə kimdir?
  • Əsas hədəfimiz nədir? 

Yuxarıdakı sualların cavablarına görə şirkətlərin hansı platformalara yönəlməsi lazım olduğu mövzusuna gəlincə, Statista'nın 2018-ci il məlumatlarına nəzər salmaqda və seçimi bunlar arasında etməkdə fayda var. "Statista"ya görə, Facebook 2 milyard 196 min istifadəçi ilə ən aktiv sosial media şəbəkəsidir. OnU müvafiq olaraq; YouTube (1.9 milyard istifadəçi), WhatsApp (1.5 milyard istifadəçi), Facebook Messenger (1.3 milyard istifadəçi), WeChat (1 milyard 40 min istifadəçi), Instagram (1 milyard istifadəçi), Twitter (336 milyard istifadəçi) təqib edir. Bunlar arasında reklam platforması olaraq önə çıxanlar: Facebook, YouTube, Instagram və Twitterdir.

Bəs, şirkət sahibləri hansı sosial şəbəkələri tərcih etməlidir?

Facebook

B2C şirkətləri üçün ideal olan Facebook, B2B üçün də uyğun gəlir. Bu məcrada varlıq göstərən başlıca sektorlar isə; moda, avtomobil, e-ticarət, pərakəndə satış, əyləncə, daşınmaz əmlak, marketinq, idman, səhiyyə, xəbərlər və kəşfiyyat. Hootsuite və We Are Social'ın Yanvar 2018 məlumatlarına baxıldığında, dünya daxilində ən çox Facebook istifadəçisi 18-34 yaş aralığındadır. Cinsiyyətə baxıldığında isə Facebook istifadəçilərinin 44% -i qadın, 56% -i isə kişi olduğunu görürük.

İnstagram

B2C şirkətlər üçün ən yaxşı sosial şəbəkə deyə biləcəyimiz, istifadəçilərin yarısından çoxunun hər gün aktiv olduğu İnstagram'da varlıq göstərən başlıca sektorlar; Turizm, moda, səhiyyə-gözəllik, sənətkarlıq, qida, e-ticarət, gözəllik, fotoqrafiya, avtomobil, tədbirin təşkili. İstifadəçi profilinə görə, sıxlığın 18-34 yaş aralığında olduğu deyilə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Youtube

2005-ci ildə qurulan və 2006-cı ilin sonunda Google tərəfindən satın alınan YouTube, Google'dan sonra dünyanın ən böyük ikinci axtarış şəbəkəsidir. Platformada hər gün milyardlarla saat video izlənilir. Bu da Youtube-u hədəf kütləsinə çatmaq üçün böyük bir vasitə halına gətirir.. Birləşmiş Ştatlarda YouTube-da ən çox vaxt keçirən auditoriya 18-49 yaşındadır və kişi istifadəçilərinin sayı daha yüksəkdir.

Twitter

B2C şirkətləri üçün ideal olan Twitter, bəzən B2B tərəfindən də effektiv istifadə edilə bilər. Bu platformada varlıq göstərən başlıca sektorlar; xəbərlər və kəşfiyyat, pərakəndə satış, e-ticarət, sağlamlıq, turizm, telekommunikasiya, maliyyə, moda, idman. ABŞ-da, 18-29 yaş aralığında istifadəçilər ön planda olarkən, cinsiyyət pozulmasında əhəmiyyətli bir fərq yoxdur.

Linkedin

İş həyatıyla əlaqədar paylaşımların edildiyi və peşəkar şəbəkələrin qurulduğu LinkedIn ilk baxışda B2B marketinq üçün uyğun görünsə də, platformanın əsas məqsədlərindən biri olan məşğulluq, B2C modelini də mümkün edir. LinkedIndə aktiv olan əsas sektorlar; maliyyə, məşğulluq, elm-texnologiya, hüquq, istehsal, marketinq, təhsil, özünü məşğulluq xidmətləri, səhiyyə və İT. ABŞ məlumatlarına görə, istifadəçi profili baxımından aktiv bir iş həyatının yaşandığı 25-45 yaş aralığı ön plana çıxarkən, qadın və kişi istifadəçilər arasında əhəmiyyətli bir fərq yoxdur. Qeyd edək ki, LinkedIn B2B şirkətlərinin sosial media strategiyaları üçün vacibdir.

Pinterest

Gəncindən orta yaşlısına əksəriyyətlə qadın istifadəçi mərkəzli bir platforma olan Pinterest'də iştirak edən başlıca sektorlar; moda, incəsənət, ev dekorasiyası, qida kimi vizuallığa sahib olan sahələr. Buradan hədəf kütlənizə çata bilər, onları web saytınıza istiqamətləndirə və ya dərhal platforma vasitəsilə  alış-veriş etmələrini təmin edə bilərsiniz.

Bu gün hər kəs sosial medianın marketinqin əvəzedilməz bir hissəsi halına gəldiyini qəbul edir. Şirkətlər üçün sosial mediada varlıq göstərmək, sosial şəbəkələr vasitəsilə müştərinin hər an yanında olmaq, bu platformalar sayəsində marka qəbulunu gücləndirmək və müştəri sədaqətini artırmaq çox əhəmiyyətlidir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et