Banco.az xarici mətbuata istinadən bildirir ki, Google “Facebook” sosial şəbəkəsinə rəqib yaratmaq məqsədilə qurduğu Google+ xidmətinin əsas hissəsini, sistemdə yaranmış təhlükəsizlik problemi nəticəsində müəyyən müddətə istifadəçi məlumatlarının qorunmasının təmin edilməməsi səbəbilə bağlamaq qərarına gəlib.
Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt
Şirkət, etdiyi açıqlamada isə bağlanma qərarının səbəbini istifadəçi hədəfinə çata bilməməkləri ilə bağlı olduğunu bildirib. Google, bu yaxınlarda proqram təminatı sistemində yaranan nasazlıq səbəbilə Google+ istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etməklə bağlı problemlər yarandığını söyləyib.
Şirkət 500 min istifadəçinin buna məruz qaldığını bildirib. ABŞ – da dərc olunan “Wall Street Journal” qəzeti, şirkət daxili bir yazışmaya əsaslanaraq açıqlayıb ki, Google şirkəti bu vəziyyətdən mart ayında xəbərdar olsa da, bu haqda ictimaiyyətə məlumat verməyib.
Həmçinin oxu: Hansı adları şirkət adı olaraq istifadə etmək OLMAZ?
Tamara Mustafayeva, Banco.az