Sinirlərinizi sakitləşdirəcək əyləncəli saytlar hansılardır? | Banco.az

Sinirlərinizi sakitləşdirəcək əyləncəli saytlar hansılardır?

Hazırda dünyada yayılan koronavirus səbəbindən ölkəmizdə də karantin günləri davam edir. Bir çoxlarımız bütün fəaliyyətimizi ev rejiminə uyğunlaşdırmağa çalışırıq. Bəziləri fərqli yeməklər bişirməklə, paltarlar toxumaqla, rəsm çəkməklə zamanını dəyərləndirməyə çalışsa da, digərləri kompüter və mobil telefonlardan ayrıla bilmir. Banco.az bunların hamısını nəzərə alaraq sizə fiziki və mənəvi yorğunluğunuzu aradan qaldıracaq maraqlı saytları araşdırıb təqdim edir. Qeyd edək ki, saytların adlarının üzərinə klikləyərək yararlana bilərsiniz.

1. Qumdan xariqələr yaradacağınız məkan - This is Sand  

Bu saytda qumdan maraqlı şəkillər çəkə və yaradıcılıq potensialınızı gücləndirə bilərsiniz. 

2. Rəsm saytı - Silk

Sadə toxunuşla rənglənlərlə dolu dünyaya keçid edin. Telefonda istifadə edə biləcəyiniz mobil tətbiqi də var.

3. Öz qalaktikanızı qurun!! - Neonflames

Rənglərdən istifadə edərək zövqünüzə uyğun qalaktika yarada biləcəyiniz bu saytda zaman sərf etdikcə həqiqətən sinirlərinizin sakitləşdiyini hiss edəcəksiniz.

4. Təbiətdən gələn səslər - Soft Murmur

Burada verilmiş bəzi səslərdən istifadə edərək öz sakitləşdirici melodiyanızı yarada bilərsiniz. Səsləri kəşf etdikcə hər şey daha əyləncəli olur. Yağış, fırtına, dalğa kimi təbii səslər sizə kömək edir.

Ən sərfəli kredit üçün müraciət et

5. Dinlədiyiniz musiqiləri qeydə alır - Tendrils

İnteraktiv olaraq dinlədiyiniz mahnıları və ya musiqini sizə göstərəcək.

6. Melodiyaların yaradılması proqramı - Song Maker

Musiqi ilə ruhunuzu sakitləşdirəcək bu saytda siçanı qutular üzərində hərəkət etdirərək yaradacağınız səsləri dinləmək zövq verəcək.

7. Siçanın ardınca gələn kiçik toplar - Liquid Particles

Vizual olaraq fərqlənən saytda siçanın hərəkətinə görə ardınca gələn çox sayda kiçik toplar rahatlaşmağa və fikrinizi dağıtmağa kömək edir.

8. Rəsm tətbiqi - Quick Draw

Saytda oyuna başlayırsınız və 20 saniyə ərzində sizə verilən sadə rəsmləri çəkməyə çalışırsınız. Bəzən bir vertolyot, hovuz, bəzən bir qaranquş. Səslər isə nəyi çəkdiyinizlə bağlı proqnozunu deyir.

Aida İsaq, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et