Sığorta vasitəçilərinin "qara siyahı"sı | Banco.az

Sığorta vasitəçilərinin "qara siyahı"sı

Bu ilin sonunadək Azərbaycanda sığorta vasitəçilərinin "qara siyahı"sı hazırlanacaq. Bunu cümə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri (ASA) Orxan Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn həftənin sonunadək sığorta şirkətləri öz təkliflərini ASA-nın müvafiq komitələrinə təqdim edəcəklər.

Siyahı müştərilər qarşısında böyük debitor borclara malik olan, qeyri-səhih məlumatlar və s. təqdim edən etibarsız sığorta vasitəçiləri barəsində məlumat vermək məqsədi ilə hazırlanır.

Bayramovun sözlərinə görə, vasitəçinin “qara siyahı”ya daxil edilməsi üçün onun düzgün fəaliyyət göstərmədiyini təsdiq edən konkret sübutlar təqdim etmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

ASA sədrinin qeyd etdiyi kimi, səhlənkar vasitəçilərin lisenziyasının geri alınmasına qədər müvafiq tədbirlərin görülməsi məqsədilə hazırda Maliyyə Nazirliyi ilə danışıqlar aparılır.

Sığorta vasitəçilərinin fəaliyyətinə icazə 3 il müddətinə verilir.

O, həmçinin əlavə edib ki, bunlarla paralel olaraq sığorta şirkətlərinin səhlənkar müştərilər barəsində də analoji siyahısı hazırlanır.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et