Sığorta şirkətləri facebook-da nə qədər aktivdir? | Banco.az

Sığorta şirkətləri facebook-da nə qədər aktivdir?

İlk öncə Facebook şirkətlərə nə verir?

Bu gün şirkətlər öz Facebook izləyicilərinə daha loyal şərtlərlə məhsullar təklif edir, öz brendlərini müştərinin beynində daha çox möhkəmlətməyə və müştərilərə xoş “müştəri təcrübəsi” yaşatmağa çalışırlar.

Müştərilər şirkətlərin səhifəsindən nə əldə edir?

İlk növbədə öz suallarına cavab tapır. Yəni, əlavə vəsait və zaman sərf etmədən, onsuzda vaxtının müəyyən hissəsini facebook-da keçirən müştəri həmin şirkətlə bağlı öz suallarına birbaşa verə biləcəyi ünvan tapır. Bu zaman telefon növbəsində gözləmək, uzun zaman ərzində elektron cavablayıcıları dinləmək zərurəti qalmır. Müştəri şirkətin həyatında baş verən dəyişikliklər ilə bağlı mütəmadi olaraq Facebook səhifəsində məlumat ala bilir. İstər bu yeni məhsullar, xidmətlər olsun, istərsə də yeni açılmış filial, qeyri-iş günləri ilə bağlı planları, yeni keçirilən viktorinalar və s. Həmçinin pis xəbərlər də bu sıraya daxildir.

Müştərini məlumatlandırmaqda maraqlı olan sığorta şirkətləri digər kanallar kimi sosial şəbəkələrdən də aktiv istifadə edirlər. Təəssüf ki, bu baxımdan bütün sığorta şirkətlərini eyni sıraya qoymaq olmaz. Bəzi şirkətlərin səhifələrinin “kontent manecerləri” səhifəyə yalnız bayramdan bayrama daxil olur və səhifənin “cover foto”sunu dəyişməklə öz işini bitmiş hesab edirlər. Hətta bəzən yeni filialın açılışı kimi vacib xəbərlər də səhifələrdə yer almır.

Vizual görüntü və səhifənin dizaynı

Əksər sığorta şirkəti səhifələri öz  yaratdıqları vizual görüntülərdən istifadə edir. Bu baxımdan bütün sığorta şirkətlərinin fəaliyyəti təqdirəlayiqdir. Səhifələrdə nadir hallarda digər bir mənzərə və ya fotoya rast gəlmək olur. Səhifələdəki paylaşmalar şirkətin brendinə və imicinə uyğun olur. 

Biz sığorta şirkətlərinin səhifələrini bəyənənlər və izləyənlərinin sayı, paylaşımları və gələn mesajlara cavab vermə müddəti üzrə qiymətləndirərək facebook-dakı aktivliklərini müəyyən etməyə çalışdıq:

Sığorta şirkətinin

adı

Bəyənənmə 

sayı

Paylaşımların sayı

İnbox-da verilən sualların cavablandırılması müddəti

A-Qroup Sığorta

29.464

13

1 neçə dəqiqə

AXA MBASK Sığorta

13.994 

12

1 neçə saat

AtaSığorta

24.385

13

 1 neçə saat 

Atəşgah Sığorta/Atəşgah Həyat Sığorta

29.291

44

1 gün içində

AzSığorta

29.174

6

1 gün içində

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

329

0

1 gün içində 

Azərbaycan Sənaye Sığorta

1.209

2

1 gün içində

Bakı Sığorta

22.572

9

1 neçə dəqiqəyə

Günay Sığorta

69.531

17

1 neçə saat 

Mega Sığorta

2.087

1

dərhal cavab verir

Paşa Həyat Sığorta

52.319

26

1 saat ərzində

Paşa Sığorta

57.533

24

1 neçə dəqiqə

Qala Həyat Sığorta

7.300

7

1 neçə saat ərzində

Rəvan Sığorta

1.199

24

1 saat ərzində

Standard Insurance

8.016

24

dərhal cavab verir

Xalq Sığorta

2.933

4

1 neçə saat ərzində

Qala Sığorta

343

16

1 saat ərzində 

İpək Yolu Sığorta

49

0

-

Amrah Sığorta

3301

0

-

Ən sərfəli kredit üçün müraciət et

Facebook səhifələrini bəyənənlərin və izləyənlərin sayına görə ilk üçlükdə Günay Sığorta, Paşa Sığorta və Paşa Həyat Sığorta yer alıb. Ən az izləyici sayı olan isə İpək Yolu Sığorta, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Qala Sığorta şirkətidir.

Təəsüf ki, Naxçıvansığorta şirkətinin rəsmi facebook səhifəsi olmadığından bu qiymətləndirmədə iştirak edə bilməyib.

Ən çox paylaşım isə Atəşgah Sığorta və Atəşgah Həyat Sığorta şirkətinin ortaq facebook səhifəsi olan Ateshgah İnsurance Group tərəfindən edilib. Paylaşım sayına görə növbəti olaraq Paşa Həyat Sığorta, Paşa Sığorta, Rəvan Sığorta və Standard Insurance şirkətləri gəlir. Qeyd edək ki, cədvəldə 1 yanvar 2018-ci ildən indiyə qədər olan  paylaşımların sayı göstərilir.

Facebook-un yeni funksiyaları əsasında artıq səhifələrin gələn mesajları nə qədər tez cavablandırdığını müəyyən etmək mümkün olub. Sığorta şirkətləri də facebook vasitəsi ilə izləyicilərinin suallarını adətən bir neçə saat ərzində cavablandırırlar. Bu göstəriciyə görə iki sığorta şirkəti liderlik edir. Belə ki, Standard İnsurance Meqa Sığorta şirkətləri səhifəyə gələn mesajları dərhal cavablandırırlar. Ən passiv olan isə İpək Yolu Sığorta və Amrah Sığorta olub. Onların səhifələrində bu haqda məlumat ümumiyyətlə görünmür.

Ən sərfəli krediti almaq üçün müraciət et