Sığorta şirkəti onlayn ödəniş portalına qoşuldu | Banco.az

Sığorta şirkəti onlayn ödəniş portalına qoşuldu

“PAŞA Həyat” sığorta haqlarının onlayn ödənişini tətbiq edib.

Şirkətdən verilən məlumata görə, artıq şirkətin müştəriləri hesaba köçürmə və nağd ödəmə kimi ənənəvi üsullarla yanaşı, www.izim.az ödəniş portalı vasitəsi ilə sığorta haqlarını onlayn rejimdə ödənişini də edə biləcək.

Belə ki, şirkətdən həyat sığortası üzrə müvafiq şəhadətnamə əldə edən müştəri sığorta haqqı məbləğinin ödənilməsini vaxt itirmədən onlayn rejimdə www.izim.az ödəniş portalı vasitəsi ilə həyata keçirəcək.

Sığorta haqqı məbləğinin onlayn ödənilməsini həyata keçirmək üçün müştərilərin ölkədə fəaliyyət göstərən bütün kommersiya banklarının plastik kartlarından istifadə etməsi mümkün olacaq. Müştərilər ödəniş etmək üçün interneti dəstəkləyən istənilən mobil telefon vasitəsi ilə də (adi brauzerlər) əməliyyatlar edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “İZ” kartına sahib olan müştərilər www.izim.az ödəniş portalı vasitəsi ilə ödəniş etdikdə ödənilən məbləğin bir hissəsi müştərinin kartına bonuslar (İZ-lər) şəklində toplanacaq. Toplanmış bonusların istifadəsini müştəri seçiminə uyğun olaraq özü müəyyənləşdirəcək.

Xatırladaq ki, “PAŞA Həyat” şirkətinin onlayn ödəniş portalına qoşulmasında əsas məqsədi müştəri məmnuniyyətini daha yüksək səviyyəyə çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, “PAŞA Holding” şirkətlər qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Bu ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et