Sığorta şirkəti may ayı üzrə fəaliyyətinin nəticələri açıqlayıb | Banco.az

Sığorta şirkəti may ayı üzrə fəaliyyətinin nəticələri açıqlayıb

“AXA MBASK” sığorta şirkəti may ayı üzrə fəaliyyətinin nəticələri açıqlayıb. Şirkətdən verilən məlumata görə, ötən ay sığorta hadisələrinin sayı və sığorta ödənişlərin məbləği aprel ayı ilə müqayisədə təxminən 30% azalıb.

Bu baxımdan avtomobil qəzası olan sığorta hadisələrinin azalması xüsusi qeyd olunmalıdır.

“AXA MBASK” may ayında 435 sığorta hadisəsi üzrə 790472 manat sığorta ödənişi verib. Ödənişlərin 81,1%-i avtomobil qəzaları ilə bağlı olub. Belə ki, avtomobillərin icbari sığortası üzrə 289 hadisəyə görə 354 247 manat, kasko sığorta üzrə 143 hadisəyə görə isə 287 223 manat sığorta ödənişi verilib. Başqa sözlə, avtomobillərlə bağlı hər hadisəyə görə ödənişin orta məbləği 1 484 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şirkəti tibbi sığorta üzrə 145668 manat, daşınmaz əmlakın icbari sığortası üzrə 2 hadisə üzrə 2000 manat, bədbəxt hadisələrdən sığorta üzrə 1334 manat kompensasiya verib.

Ən sərfəli krediti almaq üçün müraciət et