Sığorta şirkəti "Bakcell" abunəçilərinə 10-15% endirim edəcək | Banco.az

Sığorta şirkəti "Bakcell" abunəçilərinə 10-15% endirim edəcək

“Bakcell” şirkətinin müştəriləri üçün hazırladığı “Ulduzum” kampaniyasının partnyorları arasına “Buta Sığorta” şirkəti də qoşulub. “Buta Sığorta”dan verilən məlumata görə, şirkət “Bakcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu kampaniyada yeganə sığorta şirkəti olan “Buta Sığorta” Bakcell müştərilərinə avtomobil, fərdi tibbi və səyahət sığortaları üzrə 10-15% endirim təqdim edəcək. Bu kampaniyadan yararlanmaq istəyən “Bakcell” abonentlərinin sığorta şirkətinə müraciət etməsi kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et