Sığorta sektorunun aktivləri 1 milyard manatı ötüb | Banco.az

Sığorta sektorunun aktivləri 1 milyard manatı ötüb

"Sığorta bazarının tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi qabaqcıl təcrübəyə uyğunlaşdırılması ilə bağlı Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində İCP prinsipləri  uyğunluğunun diaqnostikası  aparılıb".

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, aşkarlanmış kənarlaşmaların aradan qaldırılması ilə bağlı tədbirlər planı müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ildə sığorta sektorunun cəmi  aktivləri əvvəlki illə müqayisədə 1,1% (11,2 mln. manat) artaraq 1,006 milyard manat təşkil edib. Aktivlərin 35,7%-i (0,4 mlrd. manat) bank depozitlərində cəmlənib.

Ümumilikdə, 2017-ci il ərzində sığorta sektorunun fəaliyyəti 21 sığortaçı, 1 təkrarsığortaçı, 23 sığorta brokeri və 753 sığorta agenti vasitəsilə təmin edilib.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et