Sığorta sektorunda yeni alətlər tətbiq ediləcək | Banco.az

Sığorta sektorunda yeni alətlər tətbiq ediləcək

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Strateji Yol Xəritələrin icrası ilə bağlı iclas keçirilib.

Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda 6 dekabr 2016-cı il tarixində ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər geniş müzakirə edilib.

Palatadan Banco.az-a verilən məlumata görə, sığorta sektoru üzrə icbari avtomobil sığortası ilə bağlı İcbari Sığorta Bürosu tərəfindən tam avtomatlaşdırma təmin edilib. Sözügedən növ üzrə müqavilənin bağlanması mərhələsindən ödənişlərin həyata keçirilməsi, habelə nəzarətin aparılması mərhələsinədək bütün xidmətlər elektronlaşdırılıb. Bundan əlavə, sektorda yeni mikro, müştərək və kənd təsərrüfatı sığortasının tətbiqi ilə bağlı işlər görülüb.

2017-ci il ərzində maliyyə vasitəçiliyinin genişləndirilməsi məqsədi ilə maliyyə bazarları üzrə infrastrukturun gücləndirilməsi çərçivəsində ilk özəl kredit bürosu yaradılıb, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılması üzrə hüquqi, institusional və əməliyyat çərçivələr formalaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 15 sentyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu təsis edilib, 25 dekabr 2017-ci il tarixli Fərmanla isə İpoteka Fonduna birləşdirilərək “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 

İclasda Palatanın Strateji Yol Xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün Əməliyyat Planı da müzakirə olunub. Bu çərçivədə İ.Alışov tərəfindən işçi qruplarının rəhbərlərinə sığorta sektorunda yeni alətlərin tətbiqinin təşviq edilməsi və bütövlükdə sığorta sektorunun  penetrasiyasının genişləndirilməsi, maliyyə bazarları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və Bazel II-ə keçidlə bağlı planın hazırlanması, yeni listinq prosedurlarının müəyyənləşdirilməsi,  daşınar əmlakın yüklülüyünün dövlət reyestrininfəaliyyətinin təmin edilməsi istiqamətində tapşırıqlar verilib.

Ən sərfəli krediti almaq üçün müraciət et