Sığorta sahəsində daha bir yenilik: Yol polisindən alınan arayış ləğv olunur | Banco.az

Sığorta sahəsində daha bir yenilik: Yol polisindən alınan arayış ləğv olunur

Maliyyə Nazirliyi tərəfindən hazırlanan yeni layihəyə əsasən, qəzalar zamanı tərəflərin sığorta ödənişini əldə etməsi üçün yol polisindən tələb olunan arayış ləğv oluna bilər. Belə ki, yol polisindən arayış almaq istəməyən sürücülər öz aralarında təqsirkarı müəyyən etməli və bu barədə razılığa gəlməlidirlər. Sığorta mütəxəssisləri isə bildirir ki, hələlik müzakirə mərhələsində olan bu yenilik tətbiq olunarsa, həm sığorta şirkətlərinin, həm də avtomobilini sığortalayan şəxslərin işi xeyli asanlaşacaq. Çünki artıq ödənişləri həyata keçirmək sığorta şirkətlərindən asılı olacaq və dövlət qurumlarından sənədləri toplamaq lazım gəlməyəcək. Mövzü ilə bağlı daha ətraflı məlumatı aşağıdakı süjetdən izləyə bilərsiniz: 

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et