Sığorta bazarının böyük hissəsi könüllü sığortanın payına düşür | Banco.az

Sığorta bazarının böyük hissəsi könüllü sığortanın payına düşür

Azərbaycanın sığorta bazarının 78%-i könüllü sığortanın payına düşür. Bu barədə Maliyyə Nazirliyinin yanvar-fevral aylarında sığorta bazarı ilə bağlı açıqladığı hesabatda bildirilir. Hesabata əsasən, ilk iki ayda toplanan 91 mln. 616,4 min manat sığorta haqqının 71 mln. 725,3 min manatı könüllü sığorta növləri üzrə toplanıb. Ötən ilin eyni dövrünə nisbətən könüllü sığortalar üzrə yığımlar 15% artıb. Sığorta ödənişlərində isə könüllü sığortanın payı 68%-i keçib. Yanvar-fevral aylarında həyata keçirilən 19 mln. manat sığorta ödənişinin 12,9 mln. manatı könüllü sığortalar üzrə edilib.

Hesabata əsasən, ilk iki ayda könüllü sığorta növləri üzrə yığımların böyük hissəsi  - 31,4 mln. manatı tibbi sığortanın payına düşüb. Həyatın yaşam sığortaları üzrə 15,3 mln. manat, avtomobillərin könüllü sığortası üzrə 5,8 mln manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,5 mln manat, əmlakın yanğından sığortası üzrə isə 3,2 mln. manat sığorta haqqı toplanıb. Bu dövrdə mülki məsuliyyətin sığortası üzrə isə 4,3 mln. manat sığorta haqqı yığılıb.

Ən sərfəli kredit üçün müraciət et

Həyatın ölüm halından sığortası 3,4 dəfə, həyatın yaşam sığortası 56,4%, hava nəqliyyatı vasitələrinin sığortası 50%, tibbi sığorta 9,3% artıb. Avtomobillərin könüllü sığrtası 24%, əmlakın yanğından sığortası isə 4,5% artıb.

Bu dövrdə ən çox ödəniş tibbi sığorta üzrə edilib - 6,5 mln. manat. Avtomobillərin kasko sığortası üzrə ödənişlər 4,6 mln. manat, həyat sığortaları üzrə ödənişlər 1 mln. manat təşkil edib. 

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et