Sığorta agentləri həmişə həqiqəti deyir? | Banco.az

Sığorta agentləri həmişə həqiqəti deyir?

Həyatın sığortalanması istənilən  insanın üzləşə biləcəyi  bir çox mürəkkəb  məsələlərin sınanmış həlli üsuludur. Bu,həm ailənin maddi problemlərdən azad edilməsi, onun  üzvlərindən birinin vəfat etdiyi halda maddi təminat ,həm də tələb  olunan müddət ərzində lazımı məbləğin təminatlı toplanmasıdır.

Biz sığorta agentlərini ən yaxşı məsləhətçi hesab edirik. Onların bizimçün hər şeyin ən yaxşısını etmək istədiyinə inanırıq. Amma heç də hər şey həmişə fikirləşdiyimiz kimi olmur. Sığorta sahəsində aldanmamaq istəyirsinizsə müstəqil agentlərə müraciət eetməyiniz məsləhətlidir.

"Brokerlər sizin vaxtınızı və pulunuzu qoruyur" deyə JRCInsuranceGroup.com-un həmtəsisçisi Chris Huntley bildirib.

Həyat sığortası etdirərkən agentlər bizdən aşağıdakı vaciq məqamları gizli saxlayırlar:

Ən sərfəli kredit üçün müraciət et

  1. Bütöv həyat sığortası heç də yaxşı investisiya, hətta yaxşı sığorta da deyil. Lakin agentlər bəzən bu sığortanı bütövlükdə sizə satmağa çalışırlar. Sığorta haqları baha olduğundan bu tam əlverişli hesab olunmur.
  2. Uzunmüddətli baxım sığortası ilə bağlı hər şeydən xəbərdar deyilik. Bu sığorta ilə bağlı iki fundamental problem yaşanır. Birincisi xərclər çox bahadır, ikinci bu sığorta növünə heç də həmişə ehtiyac olacağı dəqiq bilinmir.
  3. Sizin uşaqlarınıza əslində həyat sığortası lazım deyil. Sığorta agentlərinin sevimli paketinə daxil olan növlərdən biri də uşaqların həyat sığortasıdır. Onlar valideynləri bəzi arqumentlərlə yola gətimək istəyirlər. Məs: iddia edirlər ki, bu uşaqların gələcək təhsilləri üçün əla fond rolunu oyanaya bilər Halbu ki, əslində buna ehtiyac yoxdur. 
  4. Müddətli və fərqli investisiya qoyun. Çünki belə sığorta növü bütöv həyat sığortasından daha ucuz başa gəlir. 

Ən sərfəli krediti almaq üçün müraciət et