Sentyabrın 7-də “Bank Standard”ın Kreditorlar Komitəsinin iclası olacaq | Banco.az

Sentyabrın 7-də “Bank Standard”ın Kreditorlar Komitəsinin iclası olacaq

Sentyabrın 7-də ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.

Bu barədə komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, iclas bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən ofisində olacaq.

Ən sərfəli kredit üçün müraciət et

“İclasda müzakirə olunacaq əsas məsələ “Bank Standard”ın ləğvi üzrə məhkəmə prosesinin gedişatı, bankın müflisləşməsində təqsiri olanlara qarşı addımlar və ümumiyyətlə, bundan sonrakı fəaliyyətimiz olacaq. İclasda ölkə rəhbərliyinə müraciətin qəbul olunması gözlənilir”, - Ə.Həsənov bildirib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et