Sentyabrda ən sərfəli MANAT əmanətlərı | Banco.az

Sentyabrda ən sərfəli MANAT əmanətlərı

Devalvasiya ilə bağlı bütün gözləntilərə rəğmən, öz vəsaitlərini manatda saxlamağa üstünlük verən şəxslərin sayı hələ də az deyil. Xüsusən də dollar ilə müqayisədə manat əmanətlərinin daha yüksək faizlə təqdim edilməsi, həmin yatırımları cəlbedici edir.

Lakin bu tendensiya tezliklə dəyişə bilər. Kredit faizlərini aşağı salmağa məcbur olan banklar, çox güman ki, xərcləri azaltmaq üçün depozit faizlərini də endirməli olacaq.

Hələ ki, banklarımızda 1 il müddətinə manatla yerləşdirilən əmanətlərə faiz təklifləri aşağıdakı kimi görünür.

Cədvəl - Faizlər aylıq və müddətin sonunda götürülməklə, 1 il müddətinə manatla yerləşdirilmiş əmanətlər üçün tərtib edilib. 

Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar - Sentyabr 2019

Bank

Min. Məbləğ

Aylıq

Müddətin sonunda

 Əmanətin adı

Nikoil Bank

100 AZN

14

16

Sabit

Bank BTB

100 AZN

14

16

Müddətli Əmanət

NBC Bank

-

15

15

Müddətli Əmanət

Bank VTB

1000 AZN

13

14

Əmanət kampaniyası  

DəmirBank

100 AZN

13

14

Göy

Yapı Kredi Bank Azərbaycan

250 AZN

13

14

Standard qazanc 

Dövrü qazan

Unibank

500 AZN

12,5

13,5

Müddətli əmanət 

Kapital Bank

100 AZN

12

13

Kapital Əmanəti 

Bank Standard

500 AZN

12,5

13

Standard 

MuğanBank

1000 AZN

12

13

Meqa Əmanəti 

AmrahBank

500 AZN

12

13

Lider Əmanəti 

Rabitəbank

200 AZN

12

13

Universal 

ExpressBank

500 AZN

12

12,9

Klassik Əmanət 

AtraBank

100 AZN

12

12

Tam sərbəst

AccessBank

50 AZN

11,5

12

Müddətli əmanət 

AtaBank

500 AZN

11

12

Universal

TuranBank

100 AZN

11

11,5

Xurcun Əmanəti 

Bank of Baku

100 AZN

10

11

Dinamik Əmanəti 

Bank Respublika

-

10

10,5

Əmanət 

Para Bank

500 AZN

10

10,5

İmkanlarımız Sərhədsizdir 

Ən sərfəli kredit üçün müraciət et

11 yanvar 2015-ci il tarixindən sonrakı dövrdə yerləşdirilən fiziki şəxslərin əmanətləri üzrə il ərzində faiz gəlirlərinin cəminin 500 manatdan çox olan hissəsinə 10% civarında ödəniş mənbəyindən vergi tətbiq olunur.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik şurasının qərarı ilə 2015-ci il fevral ayının 24-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək (30000 AZN qədər ) təyin olunmuşdur.

Məqaləmiz sizin üçün faydalı və maraqlı olarsa, dostlarınızla paylaşmağı unutmayın. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et