Səhmlərin nominal dəyərinin artırılması haqqında | Banco.az

Səhmlərin nominal dəyərinin artırılması haqqında

Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının 14.06.2013-cü il tarixli, Ümumi Yığıncağı tərəfindən səhmlərin nominal dəyərinin bölüşdürülməmiş mənfəəti hesabına artırılması qərara alınmışdır.

Səhmlərin buraxılışı Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 29.07.2013-cü il tarixində qeydiyyata alınmışdır (AZ1003004528).

Buraxılan səhmlər emitentin nizamnamə kapitalını təşkil edən nominalı 0,24 manat olan 1.416.466.675 səhmlərə (səhm buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi müvafiq olaraq AZ100200458P və 23.11.2004, 28.12.2005, 27.11.2006, 07.08.2008, 14.05.2012) 1:1 nisbətində konvertasiya üsulu ilə yerləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Yerləşdirilən səhmlərin nominal dəyəri 0,26 (sıfır tam yüzdə iyirmi altı) manat təşkil edir

Səhmlərin yerləşdirilməsi səhm buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən otuz gündən gec olmayaraq başa çatdırılır.

Səhmlərin nominal dəyəri - Bankın 2012-ci ilin nəticələri üzrə bölüşdürülməmiş mənfəətinin 28.333.333,50 (iyirmi səkkiz milyon üç yüz otuz üç min üç yüz otuz üç manat, 50 qəpik) olan hissəsinin hesabına artırılır.

Ən sərfəli krediti almaq üçün müraciət et