Səhmlər, səhm nədir? | Banco.az

Səhmlər, səhm nədir?

Səhm – sahibinə səhmi buraxan şirkətin, gəlirinin bir hissəsini almaq (dividend) və şirkətin idarə olunmasında iştirak etmək hüququ verən pay qiymətli kağızıdır.

Səhm - onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.

Səhmlər aşağıdakı hallarda buraxılır:

  1. Səhmdar cəmiyyəti yaradıldıqda
  2. Müəssisənin və ya təşkilatın səhmdar cəmiyyətinə çevrilməsi zamanı
  3. Nizamnamə kapitalının artırılması zamanı

Səhmlərin bir neçə xüsusiyyəti var:

  1. Səhm - mülkiyyət tituludur
  2. Səhmin "mövcudluğu" müddəti yoxdur
  3. Səhmlərə bilinməzlik xasdır
  4. Səhmlərə məhdud məsuliyyət xasdır
  5. Səhmlər bölünə və birləşə bilərlər

Səhmin özəllikləri

  • Səhmi almaqla investor şirkətin müəyəyn hissəsinə və mənfəətinə sahib olur:
  • - Mənfəət ilin sonunda səhm sahibinə pul şəkilində ödənilə bilər;
  • - Buna dividend deyilir
  • İnvestor səs verməklə şirkətin fəaliyyətinə təsir göstərə bilər:
  • - Müşahidə şurası
  • Şirkətin müflisləşməsi zamanı kreditor borcları qarşılandıqdaan sonra, geridə qalan vəsaitlərə investorlar sahib olur;
  • Səhm emitenti isə borc və kredit almadan əlavə pul vəsaitinə sahib olur;
  • Səhmlər adi və imtiyazlı olmaqla iki növbədə iki hissəyə ayrılır.

Ən sərfəli kredit üçün müraciət et

Korporasiyanın idarə edilməsində iştirak hüququna görə səhmlər - adi və imtiyazlı səhmlərə bölünürlər.

Hər bir adi səhm sahibi səhmdarların yığıncağında iştirak edir, bu yığıncaqda səs vermək hüququna malikdir və idarəetmə orqanına seçə və seçilə bilər. Adi səhmlər daha gəlirli və daha riskli hesab olunur.

İmtiyazlı səhmlər bu hüquqa malikdir deyillər, lakin onların üstünlüyü ondan ibarətdir ki, bu səhmlər üzrə dividendlərin ödənilməsi kompaniyanın fəaliyyətindən asılı deyil. Yəni kampaniya necə fəaliyyət göstərməsindən asılı olmayaraq, sizə səhminizə görə dividend ödəninlir.

 İmtiyazlı səhmlərin çatışmazlığı da məhz ondan ibarətdir ki, müəssisə fəaliyyətini uğurla aparırsa, onda dividendlər adi səhmlər üzrə artır, imtiyazlı səhmlər üzrə isə dəyişməz qalır.

Az gəlirli və az riskli hesab olunurlar.

Ən sərfəli krediti almaq üçün müraciət et