Səhər əzginliyinin səbəbi müəyyən edilib | Banco.az

Səhər əzginliyinin səbəbi müəyyən edilib

Səhər yuxudan duranda çoxları özünün yaxşı hiss etmir, yuxulu olurlar. 

ABŞ-ın  Kolorado Universitetinin alimləri bildirib ki, buna səbəb təbii bioritmin pozulmasıdır.

Mütəxəssislər səhər yorğunluğunun mexanizmini araşdırıb. Məlum olub ki, yatmazdan iki saat öncə qanda melatonin hormonunun miqdarı artır. Bu hormon  yuxunu və qıvraqlığı idarə edir. Bundan başqa melatonin arterial təzyiqi normallaşdırır, dərini yaxşılaşdırır, orqanizmin bərpasında fəal iştirak edir.

Ən sərfəli kredit üçün müraciət et

Melatonin daha çox axşam, qaranlıq düşəndə, sübh çağı ifraz olunur. Əgər insan bir qayda olaraq, gecəyarısı yatırsa, o zaman qanda bu hormonun miqdarı artır. Hormonun qatılığı bir neçə saat ərzində azalmır. Bu da adamı  yuxulu  və əzgin edir.

Səhər yorğun, yuxulu və əzgin olmamaq üçün alimlər yuxunun tənzimləməyi məsləhət görür. Gecə istirahəti eyni vaxtda başlamalı və gecikməməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et