Satış və marketinqdə rənglərin dili | Banco.az

Satış və marketinqdə rənglərin dili

Günlük həyatımızda rənglərin şüuraltımıza olan təsiri uzun illər psixologiya elminin araşdırma sahələrindən biri olmuşdur. Rənglərə verdiyimiz duyğusal reaksiyaların böyük bir qismi doğuşdan gəlirkən, bir qismini də yaşayaraq öyrənirik. Hisslərə höküm edirmiş kimi bir təsirə sahib olan rənglər, satınalma mövzusunda da necə qərar verəcəyimizə təsir edir. Günümüzün ünsiyyət fəaliyyətləri gərəyi şirkətlərin satış, marketinq və reklam strategiyalarında bu təsiri gözardı etmək kimi şansı yoxdur. Aparılan araşdırmalar istehlakçıların 87%-nin bir məhsulu satın almasında ən təsirli faktorun o məhsulun rəngi olduğu nəticəsini ortaya çıxarmışdır.

Hansı rəngin insanlar üzərində nə kimi bir təsir yaratdığını bilmək və bu yöndə bir strategiya həyata keçirmək önəmlidir. Hər şirkətin çalışdığı sektorla əlaqəli rənglərin istifadə edildiyi bir loqo dizaynına ehtiyacı var. Şirkətlər, təklif etdiyi hər məhsul üçün uyğun rəngdə qablaşdırma dizaynı etməli, xidmətlərini tanıtdıqda da doğru rəngləri istifadə etməlidir. “Red Bull” markası enerjini və gücü təmsil edən qırmızı rəng yerinə çəhrayı rənglə qarşımıza çıxsaydı, dünyanın ən önəmli içki markalarından biri olmayacaqdı. Çünki çəhrayı, qırmızı rəngin əksinə daha yumşaq və iştahı korlayan bir təsirə sahibdir.

Rənglərin mənası və şüuraltı mesajları

Aparılan araşdırmalara görə, ağ-qara rəngli vizuallara olan marağımız 2-3 saniyəyə qədərdirsə, rəngli vizuallara marağımız bunun tam tərsidir. Market rəflərində duran onlarla məhsul arasında asanlıqla diqqət çəkmək üçün rənglərdən doğru istifadə edilməlidir. Rənglərin verdiyi şüuraltı müsajları incələyək:

Qırmızı: Dinamik və güclü

Hərəkət, yüksək enerji, dinamika, güc və arzunun rəngi olan qırmızı, şüuraltını ən çox oyandıran rəngdir. "Canon" kimi texnologiya markaları hərəkət və yüksək enerji hissini oyadan qırmızı rəngdən istifadə edir. İştahaçıcı özəlliyi olan qırmızı rəng “Coca Cola” markası tərəfindən də mənimsənilmişdir.

Narıncı: Optimist və əyləncəli

Cana yaxın, ekstrovert, optimist və xoşbəxt bir xarakter hissi verən narıncı rəng ümumilikdə uşaqlar və gənclərin hədəfləndiyi iş sahələrində istifadə edilir. “Fanta” markasının narıncı rəng istifadə etməsi və illərdir gənclik festivallarına dəstək verməsi təsadüf deyil.

Sarı: Hərəkətli və gəlib-keçici

Sarı rəng parlaqlığı ilə ən çox diqqət çəkən rənglərdən biridir. Oyandırır, hərəkətə dəvət edir. İşıqforlarda sarı rəngin “hazırlaş” əmri verməsi və taksilərin sarı rəngi istifadə etməsi bu təsiri bağışlayır. Sarı, eyni zamanda keçiciliyin rəngi olduğu üçün müştərilərini əldən vermək istəməyən mağazalar çox istifadə etmirlər. Banklar da pulunuz keçicidir kimi uyğunsuz bir mesaj verməmək üçün sarı rəngi istifadə etməkdən qaçınırlar.

Yaşıl: Təbiət, hüzur və güvən

Şüuraltınızda yaşıl rəng kodlandıqda, səssiz, sakit bir təbiət şəkli yaranır. Bu səbəblə yaşıl hüzurun, təbiətin və güvənin rəngidir. Təbiəti təmsil edən bir rəng olduğu üçün bitki və tökmə çayların qablaşdırmalarında yaşıl rəng istifadə edilir. Kağız məhsullarının təbiətə zərər vermədən istehsal edildiyi mesajını vermək üçün kağız markaları da qablaşdırma dizaynlarında yaşıl rəngdən istifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Mavi: Sakit və hüzurlu

Araşdırmalara görə, mavi rəngdə təklif olunan məhsulların satınalma davranışlarında istehlakçılara müsbət yöndə təsir göstərir. Mavi soyuq, sakitləşdirici və hüzurverici bir təsirə malikdir. Təmzilik hissini də dəstəklədiyi üçün “Pril” kimi şüşə təmizləyən mayelər istehsal edən firmalar tərəfindən tez-tez üstünlük verilir. Dərinlik, verimlilik və prestijin simvolu olan bu rəngdən istifadə edərək dizayn edilən loqolar mavi rəngdədir. Bundan əlavə, mavi rəng güvən hissi yaradır. Bankların öz dizaynlarında mavi rəngə geniş yer vermələrinin də səbəbi budur.

Qəhvəyi: Tutarlı və təbii

Qəhvəyi rəng tutarlılıq, davamlılıq və zənginliyi ifadə etməklə bərabər, güvən duyğusunu da verir. Qida və yemək sektorunda çox istifadə olunur. Torpaq rəngi olması səbəbindən, qidaların təbii olduğu təsəvvürünü verir.

Çəhrayı: Qadınsı və güvənverici

Qadınsı bir hiss yaradan çəhrayı rəng daha çox qadın istehlakçılara yönəldilmiş məhsullarda istifadə olunur. Enerjisini qırmızıdan alır, lakin ondan daha iddialı deyil. Qırmızının əksinə, iştahaçıcı təsiri yoxdur. Araşdırmalar, çəhrayı rəng geyim geyinən bir satıcının qarşısında müştərinin daha rahat davrandığını və ödəməni daha rahat etdiyini göstərir.

Ağ: Təmizlik və sadəlik

Təmizlik, parlaqlıq və sadəliyin rəngi olan ağ, uşaqlara yönəldilmiş məhsullarda və sağlıq sektorunda tərcih edilən bir rəngdir. Satış sahələrində ağ rənglə ziddiyyət əmələ gətirəcək şəkildə diqqət çəkən dizaynlar edilir.

Qara: Prestijli və dəbli

Qaranlığı, gecəni, sirri və gücü ifadə edən qara rəng, prestijli və dəbli bir rəngdir. Bu səbəblə lüks istehlaka və yüksək qiymət hissinə səbəb olur. Bəzi markaların şüurlu şəkildə qara rəngə fokuslandığı və bunun sayəsində elit bir müştəri təbəqəsini hədəflədiyi bilinir. Bu səbəblə uğurlu iş adamlarının qara rəngli avtomobil istifadə etdiyini, qara rəngli kostyum geyindiyini və cibində qara rəngli bir qələm saxladığını deyə bilərik.

Markalar imic çalışmaları edərkən rəng seçimlərində hisslərə təsiri baxımından önəm verməlidir. Bununla bərabər, satış və marketinq komandası işçilərin müştərilərlə yaxın təmas halında olduğu vəziyyətlərdə geyimlərinin rənginə də diqqət etmələri lazımdır. Yazılı təqdimat materiallarında hissləri doğru idarə etmək üçün doğru rəngi istifadə etmək də önəmlidir.

Mənbə: Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et