"Samsung"un mənfəəti 8 illik minimuma enib | Banco.az

"Samsung"un mənfəəti 8 illik minimuma enib

Bu ilin III rübündə "Samsung" şirkətinin əməliyyat mənfəəti 30% azalaraq 4,57 mlrd. dollar təşkil edib. "APA-Economics" RNS agentliyinə istinadən xəbər verir ki, buna səbəb batareyalarında problemlər müəyyən olunmuş "Galaxy Note 7" smartfonlarının geri çağırılması olub.

Şirkətin hesabatında deyilir ki, şirkətin mobil bölməsinin əməliyyat mənfəəti 90 mln. dollar təşkil edib ki, bu da 2008-ci ilin minimumuna bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin gəlirləri 7,5% azalaraq 44 mlrd. dollara enib. Mobil bölmə üzrə gəlirlər 15,3% azalaraq 20,29 mlrd. dollara çatıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et