Samsung Galaxy Note 9 mağazalarda neçəyədir? | Banco.az

Samsung Galaxy Note 9 mağazalarda neçəyədir?

2018-ci ilin ən uğurlu flaqman xarakteristikasına malik telefonlardan biri də Galaxy Note 9-dur.  Ekran Super Amoled olan 6,4 düym diaqonala malik böyük displeyə malikdir. Displeyin ölçüsü online rejimdə iki tətbiqdən birdən istifadə etməyə imkan verir. Korpus hamar səthli şüşə və aluminiumdan ibarət olaraq 3 rəngdə hazırlanıb (qara, indigo və bürünc).

Telefon (fablet) damcılardan, sudan və tozdan müdafiə dərəcəsi görə IP68 indeksinə bərabərdir. Samsung Galaxy Note 9 modeli Bluetooth 5.0 modulunu dəstəkləyərək iki naqilsiz qulaqcıq və səs gücləndiricidən istifadə etmək imkanı verir.

Flaqman ikili 12 meqapiksellik kamera daha yüksək keyfiyyətli görüntülər çəkə bilir. Optik zum və ƒ/1,5 və ƒ/2,4 linzalar ilə təchiz edilən mexaniki diafraqmaya malik Galaxy Note 9,  portret rəsimlərin çəkilməsini təmin edə bilir.

Yaddaşı 512 GB olan Galaxy Note 9 rekordları qıraraq, əlavə kartdan istifadə imkanı verir. Beləliklə istifadəçi ümumi terabayt yaddaş həcminə malik telefon əldə edir.

Galaxy Note 9 modelinin ən üstün cəhətlərindən biri, onun stilusunun (qələmi) özünün cərəyan yığa bilməsidir. Eyni zamanda stilus smartfona bluetooth modulu vasitəsi ilə qoşula bilir. Smartfon qələmi olmasından əlavə, məsafəli idarə etmə pultu belə sayıla bilər.

Smartfonun belə güclü olmasını təmin edən isə 8 nüvəli Exynos 9810 prosessorudur. Hətta aparılan sınaqlar zamanı, son dövrlərin ən maraqlı oyunlarından sayılan PUBG, rahatlıqla smartfona yüklənərək, istifadə edilə bilir.

Son dövrlərin səs-küyə səbəb olan smartfonu Samsung Galaxy Note 9 telefonunun qiymətlərini Banco.az bir cədvəldə sizə təqdim edir:

 

Mağaza Nağd qiymət Kredit 
Müddət Aylıq ödəniş Yekun məbləğ
World Telecom 1699 AZN               12 ay 174 AZN 2088 AZN
Kontakt Home * 2099.99 AZN                     12 ay 155 AZN 2290 AZN
Maxi.az 2099 AZN           12 ay  174.92 AZN 2099,04 AZN
İrşad Electronics 2099 AZN            12 ay 195.91 AZN 2350,88 AZN
Baku Elektronics ** 2099 AZN                                  -
Optimal Elektronics** 2099 AZN                                  -

 

Ən sərfəli kredit üçün müraciət et

 

Qeydlər: 

* Kontakt Home mağazalar şəbəkəsində Samsung Galaxy Note 9 telefonunu kreditlə əldə etdikdə: ilkin ödəniş 430 AZN təşkil edir. 

** Baku ElektronicsOptimal Elektronics mağazalarına müraciət edərək, kredit barəsində daha ətrafı məlumat əldə edə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et