Samsung brendi Galaxy M modelini təqdim etdi | Banco.az

Samsung brendi Galaxy M modelini təqdim etdi

Bu gün 14 yanvar tarixində Samsung smartfonları Galaxy M smartfonlarını təqdim etdilər. Brendə bu məsələdə Amazon şirkətinin Hindistanda yerləşən idarəsi köməklik göstərib. Bu hal təəccübə səbəb olmadı. Belə ki, Galaxy M smartfonu Amazon şirkətinin Hindistanda yerləşən idarəsinin eksklyuziv məhsulu hesab ediləcəyi haqqında məlumatı artıq məlum idi.

Amazon.India

Amazon şirkətinin Hindistan sahifələrində yerləşdirilən rəsmi tizerinin yayımlanması zamanı (təqdimat xarakterli video çarx) yeni modelin xüsusi ilə tərtib edilən dizaynı vurğulanıb. Yeni modelin təqdimatı ilə onun dizaynı haqqında dolaşan şayələr belə öz təsdiqini tapıb.  Təqdimata hazırlaşan smartfonun çıxıntısı damcı formasında hazırlanaraq, barmaq izi skaneri isə platformanın arxa hissəsində yer alıb. Məhz bu yeniliyin gözlənilmədiyi belə qeyd edilir. USB-C port kabeli çıxıntısı isə qulaqcıqların taxıldığı yerə yaxın yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: 2019-cu ilin ən yeni smartfonları

Xarakteristika təsnifatı zamanı, böyük həcmə malik batareyalar xüsusi ilə qeyd edilmişdir. Galaxy M smartfonları daha sürətli olduğundan Galaxy J seriyasına daxil olan modellərin yerini tutacağı bildirilir. Eyni zamanda yeni smartfon ikili kamera modulu və geniş bucaq baxışı funksiyası ilə belə təchiz edilmişdir.

Ən asası olaraq qeyd etmək istərdik ki, yeni model Galaxy M smartfonlarının rəsmi təqdimat mərasimi 28 yanvar tarixində Hindistanda baş tutacaq.

Amazon. India

Ən sərfəli krediti almaq üçün müraciət et